CƏMİYYƏT
Son beş ayda ƏƏSMN-in e-xidmətlərinə 1 milyon 400 mindən çox müraciət qeydə alınıb
Bakı, 24 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ilin yanvar-may aylarında 1 milyon 400 mindən çox müraciət qeydə alınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 1 milyon 813 min dəfə istifadə olunub. 106,2 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Son illərdə sosial sahədə geniş elektronlaşma proqramı icra olunub. Hazırda nazirliyin 159 xidmətindən 145-dən və ya 90 faizdən çoxu elektron qaydada təqdim edilir. Həmçinin 50-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik e-sosial.az portalı, “Əmək və Məşğulluq” altsistemi yaradılıb.
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin beş ayında nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 263 milyon olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [18:23]
Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq
- 28.06.2024 [18:18]
Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri
- 28.06.2024 [18:04]
“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar
- 28.06.2024 [17:45]