İQTİSADİYYAT
Gürcüstan ilin ilk beş ayında Azərbaycandan 48 min ton avtomobil yanacağı idxal edib
![Gürcüstan ilin ilk beş ayında Azərbaycandan 48 min ton avtomobil yanacağı idxal edib](/files/2024/2/1200x630/1719573260382655546_1200x630.jpg)
Tbilisi, 28 iyun, AZƏRTAC
Gürcüstan cari ilin yanvar-may ayları ərzində 502,1 min ton benzin və dizel yanacağı idxal edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalatçıları Birliyi məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə ölkəyə 251,6 min ton benzin gətirilib. İdxal olunan dizel yanacağının həcmi isə 250,5 min ton təşkil edib.
Gürcüstanın idxal etdiyi yanacağın 52,2 faizi və ya 261,9 min tonu Rusiyanın payına düşüb.
Gürcüstana ikinci ən çox yanacaq idxal edən ölkə Bolqarıstan olub - 73,6 min ton. Üçüncü yerdə 55,9 min tonla Rumıniya, dördüncü yerdə isə 48 min tonla Azərbaycan qərarlaşıb.
Hesabat dövründə Gürcüstan Belarusdan 26,9 min ton, Türkmənistandan 13,9 min ton, Yunanıstandan 11,2 min ton, Türkiyədən 2,1 min ton yanacaq idxal edib.
Tbilisi