DÜNYA
2024-cü ildə ABŞ-da polis 545 nəfəri qətlə yetirib
Bakı, 24 iyun, AZƏRTAC
2024-сü ilin ilk günündən bu günədək ABŞ-da polis 545 nəfəri qətlə yetirib.
AZƏRTAC-ın polis zorakılığına dair rəsmi məlumat bazasına (mappingpoliceviolence.us) istinadən verdiyi məlumatına görə, bu ilin 5 ayı ərzində cəmi 9 gün polisin törətdiyi qətl hadisəsi qeydə alınmayıb. 2023-cü ildə polisin öldürdüyü şəxslərin sayı 1247 nəfər olub. Onlardan 27 faizi qaradərili insanlardır. Ümumilikdə son 10 ildə polisin törətdiyi ən çox qətl hadisəsi 2023-cü ildə qeydə alınıb. 2024-cü ilin ilk 5 ayı ərzindəki göstəricilər artım tendensiyasını göstərir.
2013-2023-cü illərdə qətl hadisəsi törədən polislərdən 98,1 faizi cinayət məsuliyyətinə cəlb olunmayıb. 2023-cü ildə ən çox polis qətli Nyu-Meksiko ştatında baş verib.
Ümumilikdə 2013-cü ildən indiyədək polis 12 910 nəfəri qətlə yetirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [18:01]
Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib
- 28.06.2024 [17:10]
BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək
- 28.06.2024 [16:45]
Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq
- 28.06.2024 [16:32]
Qazaxıstanda ən böyük İES-də qəza baş verib
- 28.06.2024 [15:35]
Şahzadə Anna xəstəxanadan evə buraxılıb
- 28.06.2024 [15:03]
Çin elektriklə uçan təyyarəni sınaqdan keçirib
- 28.06.2024 [14:53]
Sudanın 14 bölgəsi aclıq təhlükəsi ilə üzləşib
- 28.06.2024 [14:52]