RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUMINİYANIN SABİQ PREZİDENTİ, SENATOR İON İLİYESKU İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Buxarestdə, onun üçün ayrılmış iqamətgahda Rumıniyanın keçmiş Prezidenti, senator İon İliyesku ilə görüşmüşdür.
Prezidentliyi dövründə Azərbaycana rəsmi səfərini, xalqımızın ümummilli lideri Heydər Əliyev ilə, habelə Prezident İlham Əliyevlə görüşlərini səmimiyyətlə yada salan İon İliyesku dövlətimizin başçısının Buxarestə indiki səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət etdiyini, qarşılıqlı əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğuladı.
Cənab İliyiesku ilə görüşünü məmnunuluqla xatırladan Prezident İlham Əliyev Azərbaycan-Rumıniya əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini söylədi və əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.