Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

- Ölkəmizin sosial-iqtisadi inkişafı bizim qarşımızda yeni imkanlar açır. Biz çalışırıq ki, ölkəmizin hərtərəfli inkişafı daha da sürətlə getsin. Şübhəsiz ki, iqtisadi nailiyyətlər bu işdə əsas rol oynayır. Bu baxımdan da bizim işlərimiz çox uğurla gedir. İqtisadi artım çox yüksək sürətlə gedir, ümumi daxili məhsul ildən-ilə artır və bu göstəriciyə görə Azərbaycan dünyada birinci yerdədir. Eyni zamanda, böyük infrastruktur layihələri həyata keçirilir, Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşübdür. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi uğurla davam etdirilir və ilin sonuna qədər istismara veriləcəkdir. Böyük abadlıq-quruculuq işləri aparılır və regionların sosial-iqtisadi inkişafı sürətlə gedir. Mənim rayonlara mütəmadi səfərlərim bunu bir daha göstərir ki, hər yerdə quruculuq-abadlıq işləri gedir.

Bilirsiniz ki, sosial məsələlərin həllinə böyük diqqət göstərilir və Azərbaycanda məktəb, xəstəxana tikintisi geniş vüsət alıbdır. Azərbaycanda elə bir sahə yoxdur ki, sürətlə inkişaf etməsin. Yol tikintisi - həm magistral yolların, həm kənd yollarının tikintisi geniş şəkildə aparılır. Bütövlükdə, ölkəmiz yeniləşir, müasirləşir, zənginləşir. Biz həyatımızın hər bir sahəsinə böyük diqqət göstərməliyik. Bütün bunlar, əlbəttə, ölkənin iqtisadi potensialına söykənir və bu potensialın möhkəmlənməsi bizim üçün ən başlıca vəzifədir. Çox şadam ki, biz bunu uğurla icra edirik. Bu baxımdan elə bir sahə olmamalıdır ki, diqqətdən kənarda qalsın, yaxud da o sahəyə kifayət qədər diqqət göstərilməsin.

Bugünkü müşavirə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı olacaqdır. Biz bu sahəyə də böyük diqqət göstərməliyik. Bir müddət bundan əvvəl mənim tərəfimdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göstəriş verilmişdir. Bu işlər çox geniş şəkildə təhlil edildi, çirklənmiş ərazilərin xəritəsi tərtib olundu, demək olar ki, ekoloji cəhətdən narahatlıq doğuran bütün məsələlər ətraflı öyrənildi və müəyyən təkliflər də artıq mövcuddur.

Mən istərdim ki, bugünkü müşavirədə biz bu məsələləri kompleks şəkildə müzakirə edək. Bundan əvvəl hökumətə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, digər müvafiq qurumlara göstərişlər verilmişdi. Ancaq məsələlərin həlli, əlbəttə, kompleks yanaşmadan asılıdır. Azərbaycanın hərtərəfli uğurlu inkişafı bizə imkan verir ki, bu sahəyə də böyük diqqət göstərək, maliyyə resurslarını müəyyən edək və işə başlayaq.

Bildiyiniz kimi, uzun illər ərzində bütövlükdə bu sahəyə diqqət yetirmək çox çətin idi. Çünki sovet vaxtında “ekologiya” sözü ümumiyyətcə heç mövcud deyildi, heç belə bir anlayış da yox idi. Sadəcə olaraq, planın yerinə yetirilməsi məsələsi qarşıya qoyulurdu.

Azərbaycan neft ölkəsidir. Uzun illərdir ki, Azərbaycanda neft hasilatı aparılır. Ancaq əfsuslar olsun ki, heç vaxt ekoloji məsələlərə böyük diqqət göstərilmirdi. İndi Azərbaycan xarici neft şirkətləri ilə birgə fəaliyyətə başlayıbdır. 1994-cü ildən bu günə qədər “Əsrin müqaviləsi”nin və başqa müqavilələrin icrası nəticəsində bizim bu sahədə də təcrübəmiz artır. Bildiyiniz kimi, xarici neft şirkətlərinin ekologiya məsələlərinə böyük diqqəti vardır. Bu, bütün müqavilələrdə öz əksini tapıbdır və xarici neft şirkətlərinin Azərbaycanda fəaliyyəti ekoloji baxımdan bizi qane edir. Düzdür, bəzi hallarda müəyyən pozuntular da olur. Amma bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyi dərhal bu məsələlərə öz münasibətini bildirir.

Azərbaycanda neftlə çirklənmiş ərazilər kifayət qədərdir. Mənə verilən məlumata görə, Abşeron yarımadasında 10 min hektardan artıq torpaq neftlə çirklənmişdir. Bu, böyük bir ekoloji təhlükədir. Bizim insanlarımızın səhhətinə də mənfi təsir göstərir. Həm neftlə çirklənmiş torpaqlar, eyni zamanda, Bakı buxtası ekoloji cəhətdən yaxşı vəziyyətdə deyildir. Bütün kanalizasiya suları, demək olar ki, Bakı buxtasına axıdılır. Qurğular sıradan çıxıb, biz gərək onları yenidən quraq. Buna böyük vəsait lazımdır. İndi biz müxtəlif beynəlxalq təşkilatlarla bu işləri görürük, kreditlər də ayrılıbdır. Hövsan kanalizasiya sisteminin bərpa edilməsi ilə əlaqədar işlər görülməyə başlayıbdır. Ancaq bu, bizi qane etmir.

Bu yaxınlarda mənə məlumat verildi ki, Xəzər dənizinin çimərliklərində vəziyyət həddindən artıq gərgindir. Mən müvafiq orqanlara dərhal göstəriş verdim və təcili tədbirlər görürlər. Artıq bu gün mənə verilən məlumata görə, Xəzər dənizinin çimərlikləri ekoloji normalara uyğundur. Ancaq nə üçün bu məlumat mənə iyun ayında verildi?! Aprel, may ayında müvafiq işlər aparılmalı idi. Dənizin suyunun tərkibi yay mövsümünə qədər öyrənilməli idi. Biz çox qısa müddət ərzində bunu etməyə məcbur olduq. Yəni bütün bu məsələlərə kompleks şəkildə yanaşılmalıdır.

Neftlə çirklənmiş torpaqlar təmizlənə bilər, müasir texnologiyalar var. Ancaq əgər biz çirklənmə mənbəyini aradan götürməsək, bunun heç bir əhəmiyyəti olmayacaqdır. Biz Bakı buxtasını təmizləyə bilərik. Düzdür, bu, böyük bir işdir və çoxlu maliyyə vəsaiti tələb edən məsələdir. Ancaq əgər o kanalizasiya suları, yaxud neft mədənlərindən axan çirklənmiş sular yenə oraya axıdılacaqsa, onun heç bir əhəmiyyəti olmayacaqdır.

Mən şəxsən özüm o yerləri gəzmişəm. O süni gölməçələrin yaranması böyük ekoloji fəlakətə gətirə bilər. Aeroport yolunun altından keçən kanal neftlə çirklənmiş suları təmizlənməmiş düz dənizə axıdır. Mən indi bu məsələləri qaldırıram. Müvafiq orqanlar bu məsələlərə böyük diqqət göstərməlidirlər, bu onların gündəlik işi olmalıdır.

Bir daha demək istəyirəm ki, biz iqtisadi cəhətdən möhkəmlənirik. Azərbaycanın uğurlu iqtisadi inkişafı artıq gerçəklikdir, faktdır və gələcəkdə bizə böyük imkanlar gətirəcəkdir. Ancaq insanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su - bütün bunlara biz çox böyük diqqət göstərməliyik. Ona görə bu məsələlər bu gün geniş müzakirə olunmalıdır. Müşavirə nəticəsində müvafiq sərəncam da hazırlanmalıdır və mən onu imzalayacağam. Ondan sonra geniş proqram da tərtib olunmalıdır.

Bütün qurumlar, bütün aidiyyəti orqanlar bilməlidirlər ki, kim nə etməlidir, nə vaxt etməlidir, hansı müddət əzrində etməlidir, buna nə qədər vəsait lazımdır, bu vəsaiti biz haradan alacağıq. Bütövlükdə, qısa müddət ərzində biz Azərbaycanın, Abşeron yarımadasının ekoloji vəziyyətini yaxşılaşdırmalıyıq. Ən çətin vəziyyət Bakı, Abşeron və Sumqayıtdadır. Azərbaycanın digər bölgələrində belə böyük problemlər yoxdur. Mən Azərbaycanın müxtəlif bölgələrində tez-tez oluram. Həm havası təmizdir, həm də ekoloji vəziyyət müsbətdir. Ancaq Bakı, Abşeron, Sumqayıt bu baxımdan ən çətin vəziyyətdədir. Burada təxminən 3 milyona yaxın insan yaşayır. Belə olan halda, biz bu məsələlərə ciddi baxmalıyıq və nə lazımdırsa, onu da etməliyik.

İndi isə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova söz verilir.

X X X

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bir əsrlik radio, 70 illik televiziya: Heydər Əliyev Sarayında “Yubiley gecəsi” FOTO

Bakıda aşan ağac səbəbindən evdə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

İran XİN: ABŞ-nin Tehranın tələblərinə cavabları praktik deyil

Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik

Bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar - ŞƏRH

ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-də 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçisi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans