RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV MALAYZİYANIN BAŞ NAZİRİ DOKTOR MAHATİR MOHƏMMƏD İLƏ GÖRÜŞMÜŞDÜR
Prezident Heydər Əliyev bildirdi ki, Azərbaycanda Malayziyaya böyük maraq vardır. Ölkələrimiz arasında neft hasilatı, neftayırma, yüngül sənaye, elektronika və kənd təsərrüfatı məhsullarının emalı sahəsində səmərəli əməkdaşlıq etmək üçün yaxşı imkanlar var. Azərbaycan Prezidenti ölkəmizin Malayziya biznes dairələrinin üzünə açıq olduğunu bəyan etdi. O qeyd etdi ki, Azərbaycan və Malayziya arasında sıx əməkdaşlıq ölkələrimizin xalqlarının mənafeyinə uyğundur və qarşılıqlı fayda əsasında qurulmalıdır.
Malayziyanın Baş naziri, öz növbəsində, görüşdən məmnun qaldığını bildirdi, o, Prezident Heydər Əliyevin fikirləri ilə razılaşdığını qeyd edərək, münasibətlərimizin genişləndirilməsi və inkişaf etməsi üçün dövlət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin vacib olduğunu vurğuladı.
Baş nazir Mahatir Mohəmməd Prezident Heydər Əliyevi öz ölkəsinə səfərə dəvət etdi. Azərbaycan Respublikasının Prezidenti də Malayziyanın Baş nazirini ölkəmizə dəvət etdi.