Azərbaycan sahibkarları XI Kazan sammitinə dəvət olunurlar
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu sahibkarlara müraciət edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, aprelin 24-26-da Tatarıstanın paytaxtı Kazanda "XI Kazan Sammit 2019" tədbiri keçiriləcək. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar sammitə dəvət olunurlar.
Kazan Sammiti Rusiya Federasiyası və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında iqtisadi əlaqələrin inkişafı üçün mühüm tədbirlərdən biridir. Sammitin əsas məqsədi Tatarıstan Respublikasının və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin ticari, iqtisadi, elmi, texniki, sosial və mədəni əlaqələrini gücləndirmək, həmçinin Rusiyada islam maliyyə institutlarının inkişafını təşviq etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]