İDMAN
Azərbaycan şahmatçıları Dünya Olimpiadasının üçüncü turunda qalib gəliblər
Bakı,5 avqust (AZƏRTAC). Norveçin Tromse şəhərində şahmat üzrə 41-ci Dünya Olimpiadası davam edir.
AZƏRTAC xəbər verir ki, üçüncü turda Azərbaycanın kişilərdən ibarət komandası Xorvatiya yığması ilə, qadınlardan ibarət yığmamız isə İsveçrə komandası ilə qarşılaşıb.
Bu turda kişilərdən ibarət yığmamız rəqiblərə 2,5:1,5 hesabı ilə qalib gəlib. Eltac Səfərli bu partiyanı öz xeyrinə başa çatdırıb, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynov rəqibləri ilə sülh bağlayıblar.
Zərif cinsi təmsil edən yığmamız da bu turu eyni nəticə ilə başa vurub. Gülnar Məmmədova və Səbinə İbrahimova rəqiblərindən üstün olublar, Zeynəb Məmmədyarova uduzub, Xəyalə Abdulla isə heç-heçə oynayıb.
Dördüncü turda ölkəmizin kişilərdən ibarət komandası Fransa şahmatçıları ilə, qadınlardan ibarət yığmamız isə çinli həmkarları ilə mübarizə aparacaqlar.
Dünya Şahmat Olimpiadası avqustun 14-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]