MƏDƏNİYYƏT
Azərbaycan səfirliyi Praqada Beynəlxalq Milad Festivalında iştirak edib
Praqa, 30 noyabr, AZƏRTAC
Praqada Diplomatların Həyat Yoldaşları Assosiasiyası tərəfindən Beynəlxalq Milad Festivalı təşkil edilib. Festival çərçivəsində müxtəlif ölkələrin Çexiyada akkreditə olunmuş səfirliklərinin stendləri ilə yanaşı, Azərbaycan səfirliyinin stendi də qurulub. Ölkəmizə məxsus suvenirlər, təamlar, içkilər, habelə müxtəlif kitablar xeyriyyə məqsədilə satışa çıxarılıb. Festivalda Azərbaycan milli rəqsi də nümayiş etdirilib. Satışdan toplanan vəsait Çexiyada fəaliyyət göstərən müxtəlif xeyriyyə təşkilatlarını dəstəkləməyə yönəldilib.
Festival ərzində Azərbaycan stendi tədbir iştirakçılarının marağına səbəb olub və qonaqlara ölkəmizlə bağlı təbliğat materialları paylanılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [18:03]
Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər
- 27.04.2024 [15:52]
Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
- 27.04.2024 [14:24]
Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib
- 27.04.2024 [13:21]
Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib
- 27.04.2024 [13:10]
Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək
- 27.04.2024 [12:45]
“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib
- 27.04.2024 [12:43]
İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş
- 27.04.2024 [12:11]