Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN-SURİYA BİZNES FORUMU

AZƏRBAYCAN-SURİYA BİZNES FORUMU
Bakı, 9 iyul (AZƏRTAC). İyulun 9-da Bakıda Azərbaycan-Suriya biznes forumu keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və Suriya Prezidenti Bəşşar əl-Əsəd forumun açılışında iştirak etmişlər.

Biznes forumda Azərbaycandan 120-yə yaxın şirkət nümayəndələri və Suriyadan 70-ə yaxın iş adamı iştirak etmişdir.

Prezident İLHAM ƏLİYEV biznes forumda çıxış edərək dedi:

-Hörmətli cənab Prezident, əziz dostum!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

İlk növbədə, cənab Prezident, Sizi və Sizinlə bərabər Azərbaycana gəlmiş dostlarımızı Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Bu, Sizin səfərinizin ikinci günüdür və deyə bilərəm ki, birinci gün çox uğurlu keçdi. Çox geniş fikir mübadiləsi aparılmışdır. Çox vacib sənədlər imzalanmışdır. O sənədlər demək olar ki, bütün sahələri əhatə edir. Əminəm ki, sənədlərin və əldə edilmiş razılaşmaların icrası nəticəsində Suriya-Azərbaycan əlaqələri gələcəkdə sürətlə inkişaf edəcəkdir. Biz buna çox maraqlıyıq, bunu arzulayırıq və əminəm ki, iki ölkəni təmsil edən iş adamları da belə gözəl siyasi ab-havadan, bu fürsətdən səmərəli istifadə edəcəklər.

Mən çox şadam ki, hörmətli cənab Prezident, Azərbaycana Suriyadan Sizinlə bərabər iş adamlarından ibarət böyük bir qrup gəlmişdir. Mən ümid edirəm ki, bugünkü biznes forum və Azərbaycan-Suriya iş adamları arasında yaranacaq əlaqələr iqtisadi sahədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcəkdir. İqtisadi sahədə əməkdaşlığın bizi qane etdiyini deyə bilmərəm. Bu sahədə hələ çox iş görmək lazımdır. Dövlətlərimiz arasında ticarət dövriyyəsi ölkələrimizin potensialına cavab vermir və əlbəttə ki, siyasi əlaqələr gücləndikcə iqtisadi sahədə də daha böyük işlər görmək mümkün olacaqdır. Deyə bilərəm ki, bugünkü tarixi görüş iki ölkə arasında iqtisadi sahədə canlanmaya gətirib çıxaracaqdır. Bunu etmək üçün gözəl imkanlar, yaxşı potensial vardır. Ölkələrimizin iqtisadiyyatları inkişaf edir və bir-birini tamamlayır.

Biz müxtəlif sahələrdə çox uğurlu əməkdaşlıq edə bilərik. Dünən müzakirə etdiyimiz məsələlər əsasən iqtisadi sahəyə aid idi. Biz turizm, əczaçılıq, energetika, kənd təsərrüfatı sahəsində - bütün sahələrdə geniş əməkdaşlığın tərəfdarıyıq və ümid edirəm ki, bu gün yaranan ilkin əlaqələr yaxın gələcəkdə konkret müqavilələrin, sazişlərin imzalanmasına gətirib çıxaracaqdır.

Azərbaycan iqtisadiyyatı son illər ərzində sürətlə inkişaf edir. Biz müstəqilliyimizi əldə edəndə - 1991-ci ildə iqtisadiyyatımız demək olar ki, dağılmış vəziyyətdə idi. Sənaye müəssisələri dayanmışdı, iqtisadi artımdan ümumiyyətlə söhbət getmirdi, Azərbaycanda çox dərin iqtisadi böhran yaşanırdı. Bunun müxtəlif səbəbləri var idi və aparılan köklü islahatlar, cəsarətli iqtisadi və siyasi islahatlar nəticəsində Azərbaycan o böhranlı illərdən şərəflə çıxa bilmişdir.

90-cı illərin ortalarından Azərbaycanda geniş iqtisadi islahatlar aparılmağa başlanmışdır. Xüsusilə Azərbaycanın energetika, neft-qaz sahələrinə qoyulan sərmayələr bu gün də iqtisadiyyatımıza böyük təkan verir. Xüsusilə 1990-ci illərin ortalarında - o vaxt Azərbaycan haqqında bütövlükdə dünyada məlumat çox məhdud idi, olan məlumat da reallığı əks etdirmirdi, - məhz o illərdə başlanmış iqtisadi islahatlar hesabına biz bugünkü nailiyyətlərə çata bilmişik. Onu da qeyd etmək istəyirəm ki, bəzi başqa qonşulardan fərqli olaraq Azərbaycan bütün uğurlarını, bütün siyasi və iqtisadi nailiyyətlərini öz hesabına, Azərbaycan xalqının zəhməti hesabına, Azərbaycan dövlətinin siyasəti hesabına əldə etmişdir.

Azərbaycan özünü tam şəkildə təmin edən bir ölkədir və iqtisadi sahədə görülən işlər bunun bariz nümunəsidir. Əgər 1991-ci ildə Azərbaycanda bazar iqtisadiyyatı sıfır səviyyədə idisə, - çünki biz Sovet İttifaqının tərkibində yaşayırdıq və Sovet İttifaqında bazar iqtisadiyyatı mümkün deyildi, - bu gün iqtisadiyyatın 85 faizi özəl sektorda formalaşıb və strateji müəssisələrdən başqa bütün digər sahələrdə genişmiqyaslı özəlləşdirmə siyasəti aparılmışdır. Bu gün iqtisadiyyatımız deyə bilərəm ki, çoxşaxəli iqtisadiyyatdır. Biz çox ciddi investisiya siyasəti aparmışıq və bu gün də aparırıq. Adambaşına düşən xarici sərmayələrin həcminə görə Azərbaycan bu bölgədə birinci yerdədir. Azərbaycan xarici investorlar üçün cəlbedici yerdir və əlbəttə ki, xarici investisiyalar iqtisadiyyatın şaxələndirilməsinə də xidmət göstərirlər. Bu yaxınlarda Azərbaycanda Dövlət İnvestisiya Şirkəti yaradılmışdır. Bu şirkətin əsas vəzifəsi xarici və yerli investorları Azərbaycan dövlətinə lazım olan sahələrə yönəltməkdir ki, ölkəmizin iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin. Biz iqtisadiyyatımızın əsas sahəsi olan neft-qaz amilindən asılılığımızı böyük dərəcədə azaltmağa çalışmışıq və buna nail olmuşuq. Hətta neftin qiyməti 140 dollardan 35 dollara düşəndə belə nə Azərbaycan iqtisadiyyatı, nə də Azərbaycan əhalisi bu asılılığı hiss etmədi. Gələcəkdə şaxələndirmə siyasətinin gücləndirilməsi üçün xüsusilə qeyri-neft-qaz sektoruna daha da böyük diqqət göstəriləcəkdir. Bizdə bu gün buna nail olmaq üçün çox yaxşı imkanlar vardır və Suriya-Azərbaycan iş adamları arasında bu istiqamətdə müxtəlif formada əməkdaşlıq mümkündür. Biz əlbəttə ki, qarşılıqlı investisiya layihələrini dəstəkləyirik və buna çox böyük əhəmiyyət veririk. Eyni zamanda, ölkələrimizi təmsil edən şirkətlər müxtəlif layihələrdə podratçı kimi iştirak edə bilərlər. Yəqin ki, bu gün burada ölkələrimizin imkanları, qanunvericilik bazası, vergi məsələləri, geniş müzakirə ediləcəkdir.

Əlbəttə iş adamlarımız bir-birini yaxşı tanımalıdırlar, eyni zamanda, ölkələrimizin imkanlarını yaxşı bilməlidirlər ki, hansı sahədə işləməyin onlar üçün daha sərfəli olduğunu müəyyən etsinlər. Biz prezidentlərin vəzifəsi ondan ibarətdir ki, bu gün sizə öz tövsiyəmizi verək. Bu da ondan ibarətdir ki, Suriya-Azərbaycan əlaqələri sürətlə inkişaf edir. Biz çox istəyirik ki, iş adamları da bizdən geridə qalmasınlar və iqtisadi əlaqələri siyasi əlaqələrin səviyyəsinə gətirib çıxarsınlar.

Bizim dünən müzakirə etdiyimiz məsələlərdən biri də neft-qaz sahəsi olmuşdur. Bu sahədə çox gözəl imkanlar vardır. Biz dünən konkret məsələlər haqqında danışmışıq və istisna olunmur ki, gələcəkdə Suriya ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq yaransın. Biz görürük ki, bunun üçün qarşılıqlı maraq vardır. Azərbaycan zəngin neft-qaz yataqlarına malik olan ölkədir və nəinki bu yataqlar mövcuddur, bu yataqlarda böyük işlər aparılır, hasilat aparılır, bütün nəqliyyat infrastrukturu yaradılmışdır. Azərbaycanda yeddi neft və qaz kəməri fəaliyyət göstərir. Bizim ehtiyatlarımız dünya və Avropa bazarlarına bu kəmərlərlə çıxarılır. Bütün istiqamətlərə ixrac etmək üçün bizim imkanlarımız vardır və hesab edirəm ki, Suriyanın Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə qoşulması layihəsi də çox real layihədir. Biz bu layihənin üzərində çox böyük məmnuniyyətlə işləyəcəyik.

Bu il Azərbaycanda qaz hasilatı təxminən 25-27 milyard kubmetr səviyyəsində olacaqdır, Azərbaycan qazı müxtəlif ölkələrə - Gürcüstana, Türkiyəyə, Yunanıstana, İrana nəql edilir. Gələn ildən bu yaxınlarda imzalanmış sazişə əsasən Rusiyaya da Azərbaycan qazı ixrac ediləcəkdir. Coğrafi məkan nə qədər çox genişlənsə, həm bizim üçün, həm istehlakçılar, həm də istehsalçılar üçün bir o qədər yaxşıdır. Ona görə əminəm ki, energetika sahəsində yaxın zamanlarda ciddi irəliləyiş ola bilər.

Bütövlükdə Azərbaycan iqtisadiyyatı son beş il ərzində çox sürətlə artıb, ümumi daxili məhsul 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə artıb. Yoxsulluğun səviyyəsi beş ildə 4 dəfə azalıb. Dövlət büdcəsinin xərcləri isə 12 dəfə artıbdır və bunun hesabına bu gün ölkədə geniş quruculuq-abadlıq işləri aparılır, bütün infrastruktur layihələri icra edilir, insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün konkret proqramlar icra edilir. Hesab edirəm ki, bugünkü görüşlərdə bu məsələlər, ilk növbədə ikitərəfli iqtisadi məsələlər geniş müzakirə ediləcək. Mən Suriya və Azərbaycan iş adamlarına birgə fəaliyyətdə uğurlar arzulayıram.

Sağ olun.

Suriya Prezidenti BƏŞŞAR ƏL-ƏSƏD forumda çıxış edərək dedi:

-Əziz qardaşım İlham Əliyev!

Mən Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Həqiqətən cənab Prezident doğru buyurdu ki, bu səfər tarixi səfərdir. Ona görə ki, bu səfər çərçivəsində əlaqələrimizin yeni əsası qoyulacaqdır. Ölkələrimiz arasında mədəni əlaqələrin tarixi çox qədimdir. Ancaq tarixin müəyyən mərhələsində xalqlarımız bu əlaqələri lazımi səviyyədə inkişaf etdirə bilməmişlər. Doğrudur, prezidentlər Hafiz Əsəd və Heydər Əliyev arasında hələ sovet dönəmində sıx əlaqələr olmuşdur. Ancaq o münasibətlər şəxsi münasibətlər olmuşdur. Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər dövlətlərarası əlaqələr səviyyəsinə yüksəlmişdir.

Şübhəsiz ki, ölkələrimiz arasında əlaqələr çox yaxşı səviyyədədir və bu, məhz birgə səylərimiz sayəsində təşəkkül tapmışdır. 90-cı illərdən sonra biz yeni həyatdan yeni dərslər götürmüşük və başa düşmüşük ki, ölkələrimizi inkişaf etdirmək üçün biz çoxvektorlu siyasət aparmalıyıq. Azərbaycan haqqında geniş məlumatlara malikik. Bizim müştərək maraqlarımız çoxdur. Ölkələrimiz arasında məsafə təyyarə ilə cəmi 2 saat 20 dəqiqədir. Yəni demək olar ki, məsafə çox qısadır. Bu, bizə həm iqtisadi, həm də sərmayə qoymaq baxımından səmərəli işlər görməyə imkan verir.

Cənab Prezident, mən ilk növbədə demək istərdim ki, iş adamları çox həssas olurlar. Biz çox istərdik ki, iş adamlarının həssaslığından istifadə edək və onları ölkələrimizin maraqlarına xidmət edən məsələlərə istiqamətləndirək. İş adamları siyasi əlaqələrin səviyyəsini bilmək istəyirlər. Prezident Əliyevin sözlərini bir daha təsdiq etmək istərdim və mətbuata bəyanatımda da demişəm ki, bizim aramızda çox gözəl dostluq münasibətləri vardır. Biz, şübhəsiz ki, ölkələrimiz arasında da əlaqələrin yüksək səviyyədə olmasına çalışırıq. Prezident İlham Əliyevin bu foruma gəlməsi də onu göstərir ki, biz bu istiqamətdə səylərimizdə qətiyyətliyik və iş adamları da bu münasibətlərdən səmərəli istifadə etməlidirlər.

Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi münasibətlərin qurulmasından danışdı və bildirdi ki, artıq bu sahədə qanunvericilik bazası vardır, dünən Suriya-Azərbaycan əlaqələrinə dair 18 sənəd imzalanmışdır. Şübhəsiz ki, əgər iş adamlarımız və məmurlarımız bu müqavilələrə dəstək verməsələr, onlar sadəcə kağız üzərində qalar. Biz bəyan etdik ki, qapılar açıqdır və iş adamları bundan istifadə etməlidirlər. Ticari baxımından infrastrukturu daha da təkmilləşdirməliyik. Biz qısa zamanda əlaqələrimizə yeni baxış formalaşdırmalıyıq.

Dünən biz qaz məsələsi barədə danışdıq. Bu məsələ danışıqlarımızın əsas prioritetlərindən birini təşkil etmişdir. Təbii ki, Azərbaycan ilə İran, Gürcüstan və Türkiyə arasında qaz kəmərləri vardır. İki il bundan əvvəl biz Türkiyədən Suriyaya qaz ötürməsi və ya qaz kəməri çəkilməsi barədə danışıqlara başladıq. Azərbaycan qazı bu kəmərlə Suriyaya, oradan isə cənuba - İordaniyaya və Misirə çatdırıla bilər. Bizdə təbii qaz alınması çox böyük əhəmiyyətə malikdir, çünki, bizim ehtiyatlarımız çox azdır. Şübhəsiz ki, həmin marşrutla nəql olunacaq qazın çox hissəsini Azərbaycan qazı təşkil edəcəkdir. Qaz kəmərləri Xəzər dənizi, Qara dəniz və Ərəb körfəzi regionları arasında əlaqələrin inkişafına təkan verəcəkdir. Biz Azərbaycandan qaz almaq barədə danışıqlar apardıq. Bu qaz Suriyaya Türkiyə vasitəsilə çatdırılmalıdır. Azərbaycan Suriyaya müasir qiymətlərlə ildə təqribən 1 milyard kubmetr qaz satmağa razılıq vermişdir. Türkiyə tərəfi də bu məsələyə rəğbətlə baxır. Heç şübhəsiz ki, bu kəmər Azərbaycan, Türkiyə və Suriya münasibətlərinə yeni ab-hava gətirəcəkdir. Suriya ilə Türkiyə arasında siyasi münasibətlər əvvəllər pis olmuşdur. Hazırda Türkiyə bizə sözün əsl mənasında qardaşdır. Hesab edirəm ki, Azərbaycanı Suriya ilə coğrafi baxımdan Türkiyə bağlayır. Çünki Türkiyə vasitəsilə məsafə o qədər də böyük deyildir.

Suriya ilə İran arasında, həmçinin əla münasibətlər vardır. Azərbaycan ilə İran arasında münasibətlər də inkişaf etməkdədir. İraq şübhəsiz ki, daim qeyri-sabit qalmayacaqdır. Biz görürük ki, artıq İraqdakı siyasi vəziyyət normallaşmağa başlamışdır.

Vaxtı ilə - ölkələrimiz müstəqilliklərini bərpa edəndən sonra Suriyada da, Azərbaycanda da sabitliyin pozulmasına cəhdlər olmuşdur. Ancaq bu cəhdlərin qarşısı qətiyyətlə alındı. Biz birgə maraqlarımıza xidmət edən münasibətlərimizi inkişaf etdirərək, daha da güclü olmalıyıq.

Azərbaycan ilə Suriyanı bütün sahələrdə möhkəm tellər bağlayır. Azərbaycan iqtisadiyyatının bütün sahələrində qapıları üzümüzə açmışdır, əlaqələrimiz üçün heç bir problem yoxdur və bu, ölkələrimizin münasibətlərinin inkişafına müsbət təsir edəcəkdir. Eyni zamanda, biz İKT və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik. Biz ilk növbədə qaz sahəsində, eyni zamanda dəmir yolu sahəsində səmərəli əməkdaşlıq edə bilərik. Bizim böyük dəmir yolu şəbəkəmiz vardır. Suriya-Aralıq dənizi və Ərəb körfəzi arasında ilk qatar - “XXI əsrin qatarı” iki ay bundan əvvəl İraqdan keçməklə yola düşmüşdür. Eyni zamanda, bilirik ki, Azərbaycan ilə Türkiyə arasında da Gürcüstandan keçməklə dəmir yolu tikilir. Şübhəsiz ki, bütün bu təkamül prosesləri ölkələr arasında ixrac-idxal əməliyyatlarının artmasına kömək edəcəkdir. Bilirik ki, son illər Azərbaycanda böyük iqtisadi islahatlar aparılmışdır. Suriyada da iqtisadi islahatlar həyata keçirilmişdir. Əlbəttə hər bir ölkənin öz fərqli cəhətləri vardır. Misal üçün, bizdə qaz azdır, sizdə isə çoxdur. Biz imkanlarımızdan ölkələrimizin mənafeyinə xələl gətirmədən qarşılıqlı surətdə faydalana bilərik.

Azərbaycan planlı iqtisadiyyatdan özəl iqtisadiyyata, yəni bazar münasibətlərinə keçən bir ölkəyə çevrilmişdir. Həmçinin biz də. Biz bir neçə il bundan əvvəl böyük islahatlara, özəlləşdirmə prosesinə başlamışıq və ən əsası da digər ölkələrlə münasibətləri inkişaf etdirmək niyyətindəyik. Suriya iqtisadiyyatının fərqləndirici cəhətləri ondan ibarətdir ki, burada sənaye çox güclü inkişaf etmişdir. Bununla belə, biz Avropa bazarları ilə rəqabətə hazır olmalıyıq. Suriyada sənaye tədricən Avropa standartlarına yaxınlaşır. Biz şübhəsiz ki, beynəlxalq bazarda çox güclü rəqabətlə rastlaşırıq. Bu rəqabətlə bütün ölkələr rastlaşır. Lakin biz bu rəqabətə davam gətirməyə çalışırıq. Suriyada müasir infrastruktur vardır. Amma bu infrastrukturun yaxın illərdə 10 milyardlarla sərmayəyə ehtiyacı vardır. Ona görə də biz istəyirik ki, gələcəkdə gözəl mexanizm yaradılsın - Suriya-Azərbaycan iş adamlarının birgə fəaliyyətini tənzimləyən bir mexanizm yaradılsın. İş adamlarımız bugünkü imkandan istifadə edib öz təkliflərini verməlidirlər, biz irəliyə getməliyik.

Hörmətli dostum Prezident İlham Əliyev də, mən də ölkələrimizin iqtisadi münasibətlərinin inkişafına diqqətimizi artıracağıq.

Bizə belə bir formatda görüşə imkan yaradıldığına görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm və hamıya müvəffəqiyyət arzulayıram. Çox sağ olun!

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub