Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN
TEMATİK ƏLAVƏ

Layihə Azərbaycan Respublikası Prezidentinin

mətbuat xidmətinin köməyi ilə hazırlanmışdır

“İzvestiya” qəzetinin 24 sentyabr tarixli nömrəsində dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın sosial-iqtisadi inkişafına və hakimiyyətin legitimliyinə dair beynəlxalq reytinqlərdə çox irəli getməsinə həsr olunmuş tematik əlavə verilmişdir. AZƏRTAC həmin materialı oxuculara təqdim edir.

Cənubi Qafqazda kiçik, lakin çox uğurlu dövlət olan Azərbaycan postsosialist Avropa ölkələri arasında hakimiyyətin legitimliyinin qiymətləndirilməsində birinci yerə çıxmışdır. Rəqabətədavamlılıq sahəsində Azərbaycan MDB ölkələri arasında şəksiz liderdir. Ölkədə demokratiya mexanizmlərinin keyfiyyətcə dəyişməsi və genişləndirilməsi beynəlxalq monitorinqin bir çox komissiyaları və qrupları tərəfindən qeyd olunmuşdur. Biz bu cür reytinqlərin necə tərtib olunmasından və monitorinq qruplarının, əsasən, nəyə diqqət yetirməsindən danışacağıq. Biz bir neçə reytinq tədqiqatının nəticələrini müqayisə edəcək, onların tərtib edilməsini, massmediaya təsiri mexanizmlərini nəzərdən keçirəcək, habelə virtual, xalis subyektiv və daha obyektiv rəqəm göstəricilərinin nisbətini müəyyən edəcəyik. Nəhayət, Azərbaycanın sosial-iqtisadi reytinqlərdə mövqeyinin dəyişməsinin səbəblərini və Azərbaycanın real uğurlarını araşdıracağıq.

XALQIN TAPŞIRIĞI İLƏ ƏDALƏTLİ İDARƏETMƏ

İLHAM ƏLİYEVİN PREZİDENTLİYİ DÖVRÜNDƏ AZƏRBAYCAN SOSİAL-İQTİSADİ İNKİŞAFA VƏ HAKİMİYYƏTİN LEGİTİMLİYİNƏ DAİR BEYNƏLXALQ REYTİNQLƏRDƏ ÇOX İRƏLİ GETMİŞDİR

Oleq Sıqanov,

Şamil Məcidov,

Aleksandr Karavayev

Beynəlxalq monitorinq

Xeyli oxşar baxışlara malik, əhalisi, əsasən, ümumi sovet mental bazasında tərbiyə olunmuş üç dövlətin liderlərindən geniş sitatlardan başlayaq.

İkinci Dünya müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar sentyabrda Polşanın Qdansk şəhərində keçirilən zirvə görüşündə Vladimir Putin demişdir:

1.“Ölkələrimizdə demokratiyalar zəif, siyasi sistemlər qeyri-sabit, hüquq rejimi isə kifayət qədər qeyri-müəyyəndir”.

Müşahidəçilər bu bəyanatın Kremlin Rusiya demokratiyasının xüsusiyyətləri ilə bağlı məlum ənənəvi mövqeyinə zidd olan çox güclü və və qeyri-adi bəyanat kimi qiymətləndirmişlər. Aydındır ki, hökumətin sədri bununla təkcə Rusiyada deyil, bütün MDB ölkələrində demokratiya təcrübəsinə qiymət vermişdir. Aşağıda açıq söylənilən bu fikir Qərbdə və postsovet məkanında reytinq sistemlərinin bir-birinə uyğun gəlməməsinin, habelə bununla əlaqədar MDB dövlətləri barədə məlum stereotip rəyin yaranmasının səbəblərini araşdırmağa kömək edəcəkdir.

Rusiya Prezidenti Dmitri Medvedevin bu yaxınlarda dərc olunmuş məqaləsində daha açıq və səmimi deyilir.

2. “Bütövlükdə demokratik təsisatlar formalaşdırılmış və sabitləşdirilmişdir, lakin onların keyfiyyəti idealdan çox uzaqdır. Vətəndaş cəmiyyəti zəifdir, özünütəşkil və özünüidarənin səviyyəsi yüksək deyil, Rusiyanın taleyini xammal birjaları deyil, bizim özümüz, öz tariximiz, öz gələcəyimiz barədə təsəvvürlərimiz həll etməlidirlər. İntellektimiz, özümüzü düzgün qiymətləndirmək bacarığımız, qüvvəmiz, şəxsi ləyaqət hissimiz, təşəbbüskarlığımız”.

Medvedev üç əsas bəlanı da diqqətə çatdırır: “Bir əsrlik iqtisadi gerilik - xammal ixracı hesabına dolanmaq, faktiki olaraq, onu hazır məhsula dəyişmək vərdişi. Ta qədimdən Rusiyanı əldən salan çoxəsrlik korrupsiya. Cəmiyyətdə geniş yayılmış paternalist əhval-ruhiyyə, bütün problemlərin dövlət tərəfindən həll olunacağına əminlik”.

Ötən ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyev “İNTERFAKS” agentliyinə müsahibəsində öz siyasi kursunun məqsədlərindən danışmışdır:

3. “Gələcəkdə biz Azərbaycanı inkişaf etmiş, demokratik dövlət kimi, insanların sülh, qarşılıqlı anlaşma və sosial ədalət şəraitində yaşadığı müasir dövlət kimi görürük. Mən Azərbaycanı belə bir ölkə kimi görmək istəyirəm və buna nail olmaq üçün bizim hər cür imkanımız var. Xalqın iradəsi var, sabitlik var, cəmiyyət və iqtidar arasında birlik var. Əhalinin dəstəyi olmasaydı, bizim proqramların heç biri həyata keçirilə bilməzdi”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin sözləri, hətta onun özlərindən arxayın olan qonşularının fonunda çox nikbin səslənir.

Müasir liderlərin bu üç bəyanatını ölkəni modernləşdirmək istəyi, görüləcək işlərin dəqiq dərk edilməsi, postsovet dövlətlərinin ictimai-siyasi praktikasında müasirlik və tərəqqi ruhunda tədricən də olsa, davamlı şəkildə tətbiq edilən müasir sivil dəyərlərə tərəfdarlıq birləşdirir.

Həyatın keyfiyyəti: güclü dövlət+güclü demokratiya

Postsovet transformasiyasının dilemması mahiyyətinə görə olduqca dramatikdir. Bizim öz tarixi taleyimiz vardır, lakin postsovet transformasiyasının ssenarisi yüksələn düzxətli deyil, onun mürəkkəb döngələri olur.

1990-cı illərin əvvəllərində, o cümlədən Qərb məsləhətçilərinin də diqqət yetirdiyi əsas problem dövlət qurumlarının zəifliyi idi (administrasiya aparatının, idarəçilik təsisatlarının, əmrlərin icrasının ləngliyi). Bu dövr separatçı hərəkatların güclənməsi (Azərbaycan öz tarixində dövlət təsisatlarının zəifliyi probleminin altını yetərincə çəkmişdir), kriminalın cəmiyyətin toxumalarına işləməsi, istehsalın deqratasiyası, bazarın inkişafdan qalması ilə eyni vaxta düşmüşdü. Adətən, bu dövrə belə tərif verilirdi: “xaos və parçalanma dövrü”. O dövrün obrazı, keçmiş MDB məkanında bir çox dövlətlərin formalaşmış imici, birliklərimizin obrazı hələ də Qərb dünyasının keçmiş sovet məkanında siyasi mədəniyyətlə bağlı mənfi rəyini stimullaşdırır. Xatirimizdədir ki, təxminən 1995-ci ilədək Azərbaycan potensial “yeni” şiəlik, islam radikalizmi mənbəyi kimi qəbul olunurdu...

Budur, on ildən çox vaxt keçmişdir. Bu, tarixi baxımdan böyük müddət deyildir. Gənc Azərbaycan dövləti möhkəmlənmiş, dedikcə səmərəli olmuşdur. Bu, kifayətdirmi? İndiki tarixi mərhələ üçün yetərincə kifayətdir.

Təcrübə göstərir ki, inzibati amillərin, inzibati nəzarət amillərinin, inzibati məhdudiyyətlərin universal roluna ümid bəzən ayrı-ayrı bürokratik qrupların korrupsiya maraqları ilə məhdudlaşır. Lakin bu da məlumdur ki, ağıllı hakimiyyət milli etirazın artmasını gözləmədən özü buna diqqət yetirir. Azərbaycanda sosial və siyasi sabitlik sübut edir ki, müasir, sürətlə dəyişən və mürəkkəb dünyada peşəkar, savadlı dövlət idarəçiliyinin keyfiyyəti dövlətin davamlı mütərəqqi inkişafında həlledici rol oynaya bilər.

Əgər çoxmənalı “demokratiya” anlayışı dedikdə təkcə ən adi şeyləri - hakimiyyətin bölünməsini və azad seçkiləri, azad KİV-ləri deyil, daha geniş amilləri nəzərdə tutsaq, görərik ki, keçmiş postsovet məkanı ölkələrində demokratikləşdirmə istiqamətində dəyişikliklər bəzən qeyri-bərabər xarakter daşıyır. Ənənələr, keçid dövrünün çətinlikləri öz təsirini göstərir. Bir çox ölkələrdə, məsələn, Rusiyada hakimiyyət sistemi, əvvəllər olduğu kimi, paternalist münasibətlər üzərində qalır.

Siyasi həyatda daha geniş iştirak etmək imkanlarına baxmayaraq, bu hüquqdan real olaraq daha çox müvafiq əlaqələri, ciddi maliyyə kapitalı olanlar istifadə edirlər. Aşağı təbəqə siyasətdən uzaqdır, onlar siyasətdə yalnız dolayısı ilə, passiv şəkildə iştirak edirlər. Bunu hamı üçün əlçatan seçim kimi reklam olunan, əslində isə vətəndaşların təxminən 8 faizinin istifadə edə bildiyi (Rusiya bazarında) ipoteka krediti ilə müqayisə etmək olar.

Bu vəziyyəti vətəndaşların hakimiyyətə təsirini təmin edən güclü təsisatların olmaması da əngəlləyir. Bəzən təsisatlar real siyasətdə iştirak etdiklərini nümayiş etdirirlər, lakin hakimiyyət təsisatları ilə mülkiyyət arasında qəti bölgüyə nail olduğumuzu hələ də deyə bilmərik. Hətta demokratikləşdirmə istiqamətində daha irəli getmiş Ukrayna və Moldova kimi ölkələrdə də vətəndaş idarəçiliyi və nəzarəti təsisatları qeyri-sabit və zəif olaraq qalır. Yeganə ümid ən yüksəkdə əyləşmiş “savadlı rəhbərin” iradəsinə və qüvvəsinə qalır.

Eyni zamanda, ölkəni Vladimir Putin, yaxud Dmitri Medvedev, İlham Əliyev və ya Nursultan Nazarbayev kimi təmkinli və müdrik şəxsiyyətlər idarə edirsə, zənnimizcə, bu sosial-siyasi sistemdə onların hakimiyyətinin nəticəsi hazırkı tarixi mərhələdə cəmiyyət üçün daha münasibdir. Bütün bunlar reytinqlərdə əksini tapır. Gəlin onlardan danışaq.

Reytinqlərin xassələri

Son illər reytinq tərtibi, başqa sözlə desək, bizi əhatə edən sosial, iqtisadi və siyasi aləmin mənzərəsinin nisbi qiymətləndirmə əsasında formalaşdırılması ön plana çəkilmişdir. Demək olar ki, indi reytinq tərtib etmək dəbdədir. Şirkətlərin, şou-biznes ulduzlarının, vətəndaşların şəxsi həyatının müxtəlif prioritetlərinin reytinqlərinə hər yerdə rast gəlirik. Bu yeniliyin nəticəsi olaraq təkcə malların deyil, reytinqi tərtib olunan sosial-siyasi təzahürlərin qiymətləndirilməsinin və xarakteristikasının sadələşdirilməsinin şahidi oluruq. Artıq bizi əhatə edən hər şeyi sadələşdirilmiş “reytinq” formasında təsəvvür etmək həvəsindən əl çəkə bilmirik.

Digər tərəfdən, reytinq tərtibinin üstün cəhətləri də vardır. Məsələn, bankların reytinqini götürək. Həqiqətən, mütəxəssislər, yaxud reytinq şirkətləri qrupu obyektiv iqtisadi məlumatlardan istifadə edərək bankın etibarlılığına əmin olmaq imkanı yaradırsa, reytinq, şübhəsiz, inam doğurur. Lakin burada da hər şey, göründüyü kimi, sadə deyildir. Böhran baş vermiş və bu reytinqlərin dəyəri çap olunduqları kağızların dəyərindən çox deyildir. Belə başa düşürük ki, bankların ardınca qiymətləndirmə şirkətlərinin də nüfuzu düşmüşdür. Buna baxmayaraq, müqayisə aləti kimi reytinqdən istifadə olunacaqdır. Hələlik bundan yaxşısı kəşf olunmamışdır.

Dövlətlərin müqayisə reytinqini iki ümumiləşdirici növə ayırmaq olar. Birinci növə sosial-siyasi, “sabitlik”, “parçalanmanı aradan qaldırmaq”, “separatçı meyillərin xüsusi çəkisi”, “legitimlik” kimi qiymətləndirmə kateqoriyalarından da istifadə edən reytinqlər daxildir. Bu növ reytinqlərdə dəqiq rəqəm göstəricilərinə malik olmayan xeyli meyarla rastlaşırıq. Bu, əhalinin təbəqələri, qrupları arasında münasibətlər, əhalinin hakimiyyətin xarakteri və həyatın keyfiyyəti barədə öz təsəvvürləridir.

İkinci növ reytinqlər iqtisadi, habelə sosial-iqtisadi meyarları əsas götürür. Burada biz konkret rəqəm göstəriciləri, məsələn, “adambaşına düşən ÜDM”, “xarici və daxili borc”, “korporativ borclar”la rastlaşırıq. “ÜDM-ə nisbətdə büdcə kəsiri” və “iqtisadiyyatın rəqabət qabiliyyəti” reytinqlərin çox vacib göstəriciləridir.

Reytinqlər həm də bizdə müəyyən mövqeyin, nəzər nöqtəsinin formalaşdırılması üçün tərtib edilir. Dövlət reytinqləri bu və ya digər dövlətin sərmayə baxımından cəlbediciliyinə böyük təsir göstərir. Reytinqləri oxumağı, anlamağı bacarmaq lazımdır. Nəticədən asılı olaraq bu və ya digər reytinqi tərtibçinin subyektiv nöqteyi-nəzəri kimi təqdim etmək, səthilikdə və qərəzlilikdə təqsirləndirmək istəyi də yaranır. Lakin bu istəyin qarşısını almaq, reytinqin nə dərəcədə əsaslandırıldığını, rəqəm və qiymətləndirmə məlumatlarının nisbətini anlamağa çalışmaq lazımdır.

Reytinqlərin tərtib edilməsi sahəsində müəyyən qanunlar və qaydalar vardır. Lakin mürəkkəb müqayisəli təhlildə qaydalara riayət olunsa belə, nəticəni şərh etmək çətindir. İqtisadi inkişafın rəqəm göstəricilərinin (ÜDM-in artımı, uzunömürlülük, rəqabət qabiliyyəti, büdcə kəsiri) vətəndaşlar arasında, məsələn, “polisə etibar” və “vergilərin könüllü ödənilməsi” mövzularında aparılan sorğuların nəticələri ilə inteqrasiyası çox vaxt təhrifə səbəb olur. Nəticədə Qərb qiymətləndiriciləri MDB ölkələri ilə bağlı bəzi qeyri-dəqiqliyə və səhvlərə yol verirdilər.

Beləliklə, məlum olur ki, eyni ölkə ayrı-ayrı reytinqlərdə müxtəlif mövqelər tutur. Müxtəlif reytinq tədqiqatlarının müqayisəli təhlilinin zəruriliyi də buradan irəli gəlir. Bu müqayisələr daha obyektiv mənzərə yaratmağa imkan verir.

 

Cədvəl 1
Qlobal legitimlik reytinqi
 

Ölkə                                 
Reytinqə
mövqeyi             
Xallar
Danimarka
1
7.80
Norveç
2
8.99
Niderland
3
8.39
ABŞ
8
7.06
Azərbaycan
9
10
Almaniya
10
7.84
Çin
13
8.75
Böyük Britaniya
18
6.50
Yaponiya
27
4.54
Çexiya
31
4.07
Estoniya
43
3.92
İran
44
7.60
Belarus
50
3.60
Moldova
51
2.08
Ukrayna
56
1.51
Türkiyə
61
1.31
Gürcüstan
68
3.37
Ermənistan
70
2.94
Rusiya
72
1.09

 
Cəmi 72 ölkə qiymətləndirilmişdir (Brüs Gilleyin tədqiqatı əsasında).
 
 
Cədvəl 2
 

SİSTEMİN
DƏSTƏKLƏNMƏSİ
REYTİNQİ
(müqayisəli, xallarla)
 
Azərbaycan
10
Misir
10
Norveç
8.99
Çin
8.75
Niderland
8.39
Almaniya
7.84
Danimarka
7.80
İran
7.60
ABŞ
7.06
Hindistan
6.70
Cənubi Koreya
5.00
Türkiyə
1.31
 x       x     x
 
Gürcüstan 3.37
 
Ermənistan 2.94
 
Rusiya
1.09

 
Cəmi 72 ölkə qiymətləndirilmişdir (Brüs Gilleyin tədqiqatları əsasında).
 
 
Cədvəl 3
RƏQABƏTQABİLİYYƏTLİLİYİN
QLOBAL REYTİNQİ 2009-2010-CU İLLƏR
 

Ölkə
Reytinqdə
yeri
İqtisadiyyatın
qiymətlən-
dirilməsi
2008-2009-cu
illər reytinqində
mövqeyi
İsveçrə
1
5.60
2
ABŞ
2
5.59
1
Sinqapur
3
5.55
5
x x x
 
 
 
Almaniya
7
5.37
7
Yaponiya
8
5.37
9
Kanada
9
5.33
10
x x x
 
 
 
Azərbaycan
51
4.30
69
Braziliya
56
4.23
64
Türkiyə
61
4.16
63
Rusiya
63
4.15
51
Qazaxıstan
67
4.08
66
Latviya
68
4.06
54
Ukrayna
82
3.95
72
Gürcüstan
90
3.81
90
Ermənistan
97
3.71
97

 
Cəmi 134 ölkə qiymətləndirilmişdir.
The Global Competitiveness Report 2009-2010
2009 World Economic Forum.
“Sabitlik” və “legitimlik” reytinqləri

Nəyə görə Somali, Sudan və Zimbabve reytinqlərin çoxunda sonuncu yerləri tuturlar? Ona görə ki, həmin ölkələrdə reallıqlar belədir. Bu ölkələrin hökumətləri qazanılmış uğurlar hesabına həmin dövlətləri reytinq cədvəlinin bir sektorundan digərinə keçirməyə keyfiyyətcə nail ola bilməyəcəklər. Bunu süni yolla, reytinq tərtib edənləri pul gücünə ələ almaqla, yalnız müəllifləri və reytinq agentliklərinin özlərini hörmətdən salmaqla etmək olar. Lakin qlobal ictimai şüurda reytinqin gücünü sarsıtmaq mümkün deyildir.

Bu halda unutmamalıyıq ki, reytinqlər şkalası boyunca istər yuxarıya, istərsə da aşağıya doğru tərəddüdlər və sıçrayışlar normal haldır. Dövlətlərin reytinqdə “enmənin” mühüm mexanizmlərindən biri əhalinin etiraz reaksiyasıdır. Başqa sözlə desək, reytinqlər kütlələrin hakimiyyətə münasibətdə roluna və onların fikirlərinə çox həssasdır. Cəmiyyətdə mövcud ovqatı, əhalinin rejimə və onun sistemyaradıcı amillərinə münasibətini ölçmək çətindir. Lakin seçki prosedurlarında iştirak, vergi intizamına münasibət əhalinin hakimiyyətə münasibətini daha aydın əks etdirir.

Biz iki reytinqi təhlil edəcəyik. Birincisi - sabitlik reytinqidir. O, “Foreign Policy” jurnalı tərəfindən formalaşdırılmışdır. İkincisi, legitimlik reytinqidir. O, Portlend Universitetinin professoru Brüs Gilleyin “Hakimiyyət hüququ” adlı əsərində dərc edilmiş tədqiqatının nəticəsidir.

“Foreign Policy”in “sabitlik” reytinqi 2009-cu il yayın əvvəlində dərc edilmişdir. O, aşağıdakı kateqoriyalarla əməliyyat aparır - “artan demoqrafik təzyiq”, “kütləvi miqrasiya”, “narazıların mövcud olması və qisasçılıq”, “zəka axını”, “iqtisadi inkişafın qeyri-bərabərliyi”, “iqtisadiyyatın vəziyyətinin kəskin pisləşməsi”, “qanunsuzluq və dövlətin kriminallaşması”, “insan hüquqlarının pozulması”, “başqa dövlətlərin müdaxiləsi və ya xarici siyasi subyektlərin təsiri”.

Bu reytinqdə ən yüksək mövqeyi (174-cü yeri) 21,2 bal toplamış İsveçrə, ən aşağı mövqeyi (1-ci yeri) isə qanunsuzluq və kriminallaşma kateqoriyasında maksimum qiymət almaqla 114,7 bal toplamış Somali tutur. Ondan sonra Zimbabve və Sudan gəlir. “Başqa dövlətlərin müdaxiləsi və ya xarici siyasi subyektlərin təsiri” kateqoriyasında maksimal qiymət və cəmi 108,6 bal toplamış İraq altıncı yerdədir, sonra Əfqanıstan gəlir.

MDB ölkələri qrupu (aşağıdan-yuxarıya) Özbəkistanla başlanır -31-ci mövqe, sonra Gürcüstan - 33-cü yer, Tacikistan - 37-ci, Qırğızıstan - 42-ci, Moldova - 54-cü, Azərbaycan 84,6 bal ilə 56-cı yeri tutur. “Miqrasiya” kateqoriyasında Azərbaycan maksimum bal toplamışdır (indiyə qədər həll edilməmiş Dağlıq Qarabağ problemini nəzərə alsaq, bu aydındır, keçən il 57-ci yerdə Gürcüstan idi). Çin 57-ci yeri tutur. Türkmənistan 59-cu yerdə qərarlaşmışdır (qiymətqoyanların fikrincə, bu fakt ölkədə idarəetmə rejiminin tezliklə dəyişməsinin mümkün olmamasına dəlalət edir), Belarus 66-cı, Rusiya 80,8 bal ilə 71-ci yeri tutur (insan hüquqlarının pozulması kateqoriyasında maksimal qiymət). MDB qrupunu Ermənistan (101-ci yer), Qazaxıstan (105-ci yer), Ukrayna (110-cu yer) tamamlayır.

“Foreign Policy” reytinqinin əlamətdar cəhəti ondan ibarətdir ki, bu məlumatlar qiymətlərin stereotiplərlə şərtlənmiş olmasını deməyə əsas yaradır. Aydındır ki, burada bəzən reallığın ziyanına işləyən formal demokratik prosedurların hipnozu hiss olunur. Məsələn, “kütləvi miqrasiya” kateqoriyasında Ukrayna ən aşağı bal - üç bal toplamış ölkələrdən biridir. Bu, reallığa uyğundurmu? Azərbaycana münasibətdə “başqa dövlətlərin müdaxiləsi” kateqoriyasında orta göstəricilər verilmişdir. Ölkə ərazisinin beşdə bir hissəsinin işğal altında olduğunu nəzərə alsaq, bu göstəricilər reallığa uyğundurmu?

Digər tərəfdən, həmin reytinqin reallıqdan tamam uzaq olduğunu da söyləmək olmaz. Gürcüstan “enmənin” ən əyani nümunəsi olmuşdur. Bir il ərzində bu ölkədə sosial vəziyyət praktiki olaraq dəyişməmişdir, lakin Cənubi Osetiyada münaqişə ucbatından ölkə Sudana və Zimbabveyə 24 mövqe yaxınlaşmışdır (33-cü yerdə qərarlaşmışdır).

İndi isə amerikalı tədqiqatçı, professor Brüs Gilleyin reytinqini nəzərdən keçirək. O, yüzlərlə mənbə (onlarca statistik məcmuə, ictimai rəy sorğusu, ekspert sorğuları, monitorinq qruplarının məruzələri) əsasında dövlətlərin icmal legitimlik reytinqini formalaşdırır. Gilley öz reytinqinin əsas kimi aşağıdakı mühüm kateqoriyalarını göstərir: “demokratiyadan razılıq”, “hakimiyyət orqanlarına etimad”, “xüsusi xidmətlərə etimad”, “dövlətin insanın fərdi hüquqlarına münasibəti”, “vergilərin ödənilməsində könüllülük”.

Gilley populyarlaşdırılmaq üçün kifayət qədər mürəkkəb olan tədqiqatında “mühüm” və “mühüm olmayan” qiymət kateqoriyalarını fərqləndirir. Bir qayda olaraq, bu qiymətlər məlumatların alınması üsullarına görə fərqlənir. Yuxarıda təsvir etdiyimiz kimi, ədədi göstəricilər və ya subyektiv sorğu qiymətləri ilə müqayisə et.

Alim “mühüm olmayan” (subyektiv) kateqoriyaları “mühüm” kateqoriyalara çevirmək metodikasını təklif edir. Bu, dövlətin oxşar göstəricilər üzrə qiymətlərinin bir neçə seriyasını tutuşdurmaqla, onun fikrincə, daha dəqiq nəticələr əldə etməyə imkan verir. Praktikada bu metodika “sistemə bəraət qazandıran baxışlar” göstəricilərinin və “siyasi zorakılıq səviyyəsi” kateqoriyasının korrelyasiyasına münasibətdə göstərilmişdir. Reytinqə görə, Türkiyədə, Əlcəzairdə, İndoneziyada siyasi zorakılıq Azərbaycanda, Estoniya və Dominikan Respublikasında olduğundan yüksəkdir. Bu hal həmin ölkələrin “sistemin bəyənilməsi” kateqoriyasında yüksək mövqelər tutmasından irəli gəlir. Doğrudan da, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi tədbirlərdən əhalinin razılığı başqa ölçülərlə, o cümlədən əcnəbi ekspertlərin müşahidələri ilə də təsdiqlənir.

Tədqiqatçılar ədədi, yəni “mühüm” qiymətlərə keçdikdə qiymətləndirmə rəyləri baxımından xüsusilə əlverişli vəziyyətdə olan ölkələr öz mövqelərini əhəmiyyətli dərəcədə itirirlər. Tədqiqatçı öz nəticələrini bizim siyasi icmalçılar üçün şərh edərək bildirir ki, onun reytinqin yuxarı hissəsində yer tutan ölkələrdə konstitusion qayda daha sabit, siyasi qeyri-sabitlik daha aşağı və demokratiya daha keyfiyyətlidir. Gilley nəticələrin müəyyən qədər subyektiv olmasını etiraf edir. Professor deyir: “Biz regional reytinqlərə müraciət edəndə dövlətlərin sıyahıda yerləşmə qaydası bir qədər qeyri-müəyyən olur, lakin intuitiv səviyyədə ümumi mənzərə ağlabatan olaraq qalır”. Başqa sözlə desək, bu qiymətlərin düzgün olduğunu güman etmək üçün sübut bazası mövcuddur. Gilleyin reytinqinin ümumi mənzərəsindən xeyli kənara çıxan iki dövlət vardır. Bunlar tədqiqatçının yazdığı kimi, postsovet demokratiya olan Azərbaycan və “dünyada sonuncu böyük kommunist diktaturası” olan Çindir. Hər iki ölkə yüksək legitimlik göstəricilərinə nail olmuşdur. Bu, öz geosiyasi regionlarında və dünyanın qalan hissəsində qərarlaşmış demokratiyalardan xeyli yüksəkdir (bax: 1 və 2 saylı cədvəllər).

Bu cür yüksək göstəricilərin səbəbi nədir? Gilley həmin suala belə cavab vermişdir: “Azərbaycanla əlaqədar bir neçə özünəməxsus amilin, xüsusən neft hasilatından əldə edilən gəlirlərin və Dağlıq Qarabağla əlaqədar Ermənistanla bu ölkənin münaqişəsinin təsiri göz qabağındadır. Ölkədə daxili düşmənlərin (müxalifətin) mövcud olmasına baxmayaraq, iqtidarın hərəkətlərini dəstəkləyən vətənpərvərlik əhval-ruhiyyəsi güclüdür. 2000-ci illərdə indiki iqtidarın rəhbərliyi altında Azərbaycanın müəyyən aşkarlıq istiqamətində uğurla irəliləyə bilməsi faktı həm də legitimliyə əsaslanan böyük potensial imkanları nəzərdə tutur. Həmin imkanlar bu göstərici üzrə Gürcüstan və ya Rusiya kimi qeyri-sabit rejimləri xeyli üstələmişlər”.

Gilley özünün çıxardığı nəticələri təsdiqləmək üçün “The Economist” jurnalının 2005-ci ilin noyabr nömrəsində dərc olunmuş “How not to fix an elecition” adlı məqalədən sitat gətirir: “Azərbaycanda müxalifət 2003-cü ildə Gürcüstanda və ya keçən il Ukraynada olduğu kimi xalq tərəfindən dəstəklənmir”. Gilley müqayisəli qiymətləndirmənin çətinliklərini nəzərə alaraq öz qənaətlərini mütləqləşdirmir. O, Çin barəsində yazır: “Həyat keyfiyyətinin subyektiv-emosional göstəriciləri üzrə Çinin yüksək reytinqləri rejimdən gizli narazılığa işarə edən davranış göstəriciləri ilə təzad təşkil edir. Bu, bizdə belə bir fikir yaradır ki, ölçmələr kifayət qədər dəqiq deyildir. Bununla belə, 1990-cı illərdə Çində milli ləyaqət hissləri, ruh yüksəkliyi, hakimiyyətə yaxşı münasibət geniş yayılmışdı. Bu isə bizdə belə fikir yaradır ki, reytinqin nəticələri real hadisələri əks etdirir və onun subyektivlik dərəcəsi aşağıdır”.

Son olaraq Gilley bu qənaətə gəlir ki, iki ölkə arasında göstəricilərin fərqi nə qədər çox olsa bir ölkə daxilində hakimiyyətin digərinə nisbətən daha çox legitim olması barədə bir o qədər inamla danışa bilərik. Onun tədqiqatına görə, Cənubi Afrikada legitimlik səviyyəsi Zimbabvedən, Hindistanda hakimiyyətin legitimliyi Pakistandan, Çində İndoneziyadan çoxdur, Braziliyada hakimiyyət Kolumbiyada olduğundan, Polşada isə Rusiyadakından daha çox legitimdir.

Ölkənin real həyatı və onun əksi

Reytinqdə nəticələr arasında çox böyük pərakəndəlik olur. Biz reytinqlərdə həm cəlbedici, həm də qıcıqlandırıcı nəticələr tapa bilərik. “Xəstəxana üzrə orta hərarət” deyilən məşhur effekt bu cür tədqiqatlarda həmişə özünü göstərir. Lakin indikatorların sayı, reytinqlərin tərtib edilməsi üçün toplanmış obyektiv məlumatlar nə qədər çox olsa, biz proses haqqında bir o qədər çox obyektiv təsəvvür əldə edərik.

Azərbaycan iqtisadi təhlükəsizliyin və sabitliyin bərqərar olunması sahəsində ciddi uğurlar qazanmışdır. Məlum obyektiv şəraitə görə ölkənin əsas ixracını hələlik neft və qaz təşkil edir. Lakin ölkənin hakimiyyəti iqtisadiyyatın şaxələndirilməsi xəttini ardıcıl inkişaf etdirir. Əlbəttə, neftin qiymətinin azalması ÜDM artımını azaldacaqdır, çünki ixracın həcmi əvvəlki səviyyədə qalacaqdır. Lakin Azərbaycan iqtisadiyyatının digər sektorlarında potensial imkanlar çox böyükdür. Son bir neçə ildə İlham Əliyev iqtidarının həyata keçirdiyi islahatlar kənd təsərrüfatı, kiçik və orta biznes sahələrində artıq mühüm nəticələr vermişdir. Nəqliyyat kommunikasiyalarının inkişaf layihələri uğurla həyata keçirilir. Azərbaycanın (məsələn Rusiyadan fərqli olaraq) demək olar ki, iri korporativ borcu yoxdur, kreditlərin əksəriyyəti dövlət tərəfindən məhz əsas fondlara - yollara, suvarma sistemlərinə, şəhər kommunikasiyalarına sərf edilmişdir. Bütün bunlar həyatın keyfiyyətində də özünü göstərir. Azərbaycanın qeyri-neft sektorunda ÜDM artımı 15,7 faiz olmuşdur. Postkommunist ölkələrinin heç biri bu cür artımla qürrələnə bilməz.

Beş Xəzəryanı dövlət arasında Azərbaycan hətta enerji ehtiyatları, hasilat və ixrac baxımından ən böyük ölkə hesab edilmir. Ona görə də Azərbaycanın əsas uğurları məhz islahatlar sayəsində mümkün olmuşdur. 2007-ci ildə Dünya Bankı özünün “Doing Business” adlı icmalında Azərbaycanı dünyada bir nömrəli islahatçı ölkə hesab etmişdir. Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Neft Fondunu gəlirlərin yığımında şəffaf maliyyə sisteminə görə transparentlik mükafatı ilə təltif etmişdir. İlham Əliyev deyir: “Son beş ildə qazanılmış mühüm uğurlardan biri deyə bilərəm ki, işsizlik probleminin tamamilə aradan qaldırılması və yoxsulluğun xeyli azaldılması olmuşdur”.

2003-cü ildə Azərbaycan əhalisinin 49 faizi yoxsulluq səviyyəsindən aşağı həddə yaşayırdı. 2008-ci il üçün həmin göstərici 13,2 faiz təşkil edir. Bu, belə bir fikri təsdiqləyir ki, ölkənin enerji siyasəti sərvətlərin ədalətli bölgüsünə, həyat şəraitinin həqiqətən yaxşılaşmasına xidmət edir.

Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən 2009-2010-cu illər üçün tərtib edilmiş qlobal rəqabət qabiliyyəti icmalı (Global Kompetitiveness Report) Azərbaycanı MDB ölkələri arasında birinci yerə çıxarmışdır (bax: cədvəl 3). Bir il ərzində Azərbaycan biznes fəallığının səviyyəsindən başlamış əhalinin sağlamlığı və savadlılığı səviyyəsinə qədər bütün təhlil kateqoriyaları üzrə nəticələri dəyişərək birdən-birə 18 bənd yuxarı qalxmışdır. Qazaxıstan və Latviya (müvafiq surətdə 67-ci və 68-ci yerlər) az fərqlə sonrakı yerləri tuturlar. Ukrayna birdən-birə 10 bənd itirərək 82-ci sətirə düşmüşdür. Rusiyanın reytinqi 51-ci yerdən 63-cü yerə düşmüşdür. Məruzədə deyilir: “Bütün dünyada siyasətçilər iqtisadiyyatın idarə edilməsi sahəsində çətin problemlərlə üzləşir, resessiyanı aradan qaldırmaq məqsədi ilə böhrana qarşı mübarizə üzrə fəal tədbirlər görürlər. Banklar maliyyə sistemində kollapsın dərhal üzə çıxan nəticələrini yumşaltmaq üçün ya maliyyə dəstəyi alır, ya da misli görünməmiş miqyasda milliləşirlər. Bu fövqəladə tədbirlərə maliyyə yardımı paketləri, habelə iqtisadi tənəzzülün aradan qaldırılmasına və iqtisadiyyatın bərpasına yönəlmiş siyasət də əlavə edilmişdir”. Qlobal iqtisadiyyatın sistemli risklərinin zərbəsini Azərbaycan da hiss edir, lakin onların öhdəsindən kifayət qədər uğurla gəlir. 2009-cu ilin iyulunda ölkə banklarının kredit portfelinin həcmi mütləq rekord səviyyəyə - 8,988 milyard dollara çatmışdır.

Azərbaycanda makroiqtisadi sabitlik, dövlət borcunun və büdcə kəsirinin həcminin aşağı olması kimi müsbət amillər qeydə alınmışdır. Büdcə kəsirinin aşağı olması, inkişaf etmiş və keyfiyyətli nəqliyyat infrastrukturu, fəal yol tikintisi, telekommunikasiya xidmətlərinin artması, səhiyyənin və təhsilin keyfiyyəti kimi mühüm rəqabət üstünlükləri qeydə alınmışdır. Azərbaycan korporativ borc probleminin nə demək olduğunu praktiki olaraq bilmir. Siyasi müstəviyə gəldikdə isə, burada Azərbaycanın göstəricilərini vətəndaş nəzarəti və iştirakı mexanizmlərinin inkişafı mərhələsində olan başqa dövlətlərin müvafiq göstəriciləri ilə müqayisə edilə bilər.

2009-cu ilin iyununda Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycana avtomobil yollarının tikintisi və yenidən qurulması üçün ümumi məbləği 183 milyon dollar olan iki kredit verilməsini təsdiq etmişdir. Maliyyə vəziyyətinin heç də sadə olmadığı dövrdə belə bir addım atılması ölkənin kredit reytinqinin yüksək olmasını təsdiq edir. “Moody’s İnvestors” Beynəlxalq Reytinq Agentliyinin illik məruzəsində Azərbaycan üçün Ba1 səviyyəsi müəyyən edilmişdir. Bu, ən yüksək “qeyri-investisiya” səviyyəsi hesab edilir. Məruzənin müəllifi, “Moody’s İnvestors”un vitse-prezidenti Conatan Şiffer qeyd edir ki, bu gün Azərbaycan üçün ən vacib məsələ makroiqtisadi sabitliyin təmin edilməsi və qeyri-enerji sektorunda rəqabət qabiliyyətinin itirilməməsi üçün neft və qaz gəlirlərinin böyük axınını səmərəli şəkildə idarə etməkdir. Conatan Şiffer deyil: “Ölkə iqtisadiyyatı nisbətən kiçikdir və az şaxələndirilmişdir, buna baxmayaraq, ötən 6 ildə ölkənin iqtisadi artımı çox sürətli - təqribən 20 faiz olmuşdur. Bu zaman hökumət iqtisadiyyatın şəxələndirilməsini stimullaşdırmaq üçün büdcə vəsaitlərindən istifadə etmişdir”. “Moody’s İnvestors”un məruzəsinə görə, 2009-2010-cu illərdə Azərbaycan iqtisadiyyatında artım 3-5 faiz olacaqdır. Dünya miqyaslı maliyyə-iqtisadi böhran fonunda bu, heç də pis göstərici deyildir.

Dmitri Medvedev bu yaxınlarda “Müasir dövlət və qlobal təhlükəsizlik” mövzusunda konfransdakı çıxışında belə bir fikir söyləmişdir: “Dövlətlərin bir-biri haqqında mümkün qədər çox bilməyə və bir-birinin təkcə xarici siyasətini deyil, həm də daxili siyasətini tənqidi şəkildə qiymətləndirməyə haqqı vardır. Əgər bu siyasət beynəlxalq miqyaslı problemlərə gətirib çıxara bilərsə və ya etik normalara, humanizm prinsiplərinə ziddirsə, onlar həmin siyasətin nöqsanlarını da göstərə bilərlər”.

Fikrimizcə, bu, ümumi qiymətləndirmə məkanı yaratmağa çağırışdır. Postsovet məkanındakı strateji qonşular olan ölkələrin uğurları manipulyasiya mövzusu deyil, diqqətlə öyrənilməli mövzu, yeni, səmərəli və demokratik dünya quruculuğunda yarış mövzusu olmalıdır.

İlham Əliyevin müsahibələrindən birində dediyi bu sözləri başqa cür ifadə edərək demək istərdik ki, ölkələrimiz, Azərbaycan və Rusiya hələ də xeyli problemlərlə üzləşir, lakin müsbət meyillər göz qabağındadır. Biz, energetikanın inkişaf və geosiyasət sahələrində sabitləşdirici amil rolu oynamaqla obrazlı desək, öz çəki dərəcələrimizdə regionda və dünyada ciddi mövqelər tutmuşuq. Bu isə ölkələrimizin yaxınlığının, onların tərəqqi və firavanlıq işinə sədaqətinin daha bir təsdiqidir.

Şəkil sözləri

1. Hakimiyyətin əsası, xalqın etimadı.

2. Azad və gənc insanların enerjisi ölkənin uğurlu gələcəyinin rəhnidir.

3. Prezident sözünün sahibidir - ölkə yenidən tikilir.

4. Millətin sağlamlığı modernələşmənin hərəkətverici qüvvəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Neftçalada narkokuryer saxlanılıb

Sabah müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başa çatır

“Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyəti Çində səfərdədir

Sabirabadda oğurluqda şübhəli bilinənlər saxlanılıb

30 il ərzində Xəzər dənizi iki metrdən çox dayazlaşıb

ABŞ-da “Tesla Model X” elektromobillərinin təhlükəsizlik kəmərlərinə görə yoxlanılması başa çatıb

Türkiyədə arxeoloqlar ilahə Higeyanın heykəlinin başını aşkar ediblər

Yaşar Gülər: Müdafiə sənayesi məhsullarının istehsalı Türkiyə üçün həyati vacib məsələdir

Yeni Kaledoniyada polisləri hərbçilər əvəz edəcək

“Google” Finlandiyada məlumat mərkəzini genişləndirmək üçün 1,1 milyard dollar xərcləyəcək

Almaniyanın təşəbbüsü çərçivəsində Ukraynanın HHM sistemi gücləndiriləcək

Kosovonun şimalında Serbiya bankının filialları bağlanıb

Vatikan Papa Fransiskin builki xarici səfərlərinin cədvəlini açıqlayıb

İtaliyada zəlzələ baş verib

Bayden: BCM prokurorunun İsrail liderlərinə qarşı həbs orderi tələbi təhqiredicidir

Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib

Bakıda Milli Metrologiya Forumu keçirilib

Azərbaycanın paytaxtında Tacikistan Mədəniyyəti Günləri keçirilir

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir

Azərbaycanla Tacikistan arasında əməkdaşlıq imkanları müzakirə edilib

İran Prezidentinin vəfatı ilə əlaqədar Türkiyədə matəm elan edilib

Rəcəb Tayyib Ərdoğan İran Prezidentinin vəzifəsini icra edən Məhəmməd Moxberlə telefonla danışıb

ABŞ İran Prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar başsağlığı verib

Masallıda qətldə şübhəli bilinən şəxs saxlanılıb

COP29 Sədrliyinin nümayəndələri ilə görüş keçirilib

Tacikistan Rəssamlar İttifaqının sədri: İncəsənət xadimləri xalqlarımızın dostluğuna töhfə verməyə çalışırlar

Bakıda “Tacik Kinosu Günləri”nin açılış mərasimi olub

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Dövlət Komitəsinin illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub

Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsi başa çatıb

Hidayət Heydərov dünya çempionatının qalibi olub VİDEO

Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Bakıda TDT çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinə həsr edilmiş tədbir təşkil olunub

Naxçıvanda “Azərbaycanda ətraf mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib

BMT-nin Baş katibi İran Prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar başsağlığı verib

Malayziyada Ulu Öndər Heydər Əliyevə həsr olunan şahmat turniri təşkil edilib

Latviya Seyminin sədri: Azərbaycan-Ermənistan sülh danışıqlarının uğurla yekunlaşacağına inanırıq

“Qarabağın rəngləri” layihəsinin qala gecəsi təşkil olunub

Naxçıvanda bodibildinq üzrə muxtar respublika birinciliyi keçirilib

BP ibtidai siniflərin inklüziv tədris bacarıqlarının inkişafına dəstək olub

Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib

Naxçıvanın şəhərdaxili magistral kanalizasiya xətləri təmizlənib

Bakıda “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək

Dayqa Mierina: Latviya şirkətləri də Qarabağda bərpa işlərində iştirak edə bilərlər

Şəkidə təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

AQTİ-də keytrinq şirkətlərinin və otellərin əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlim keçirilib

Qobustan rayonunda Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş tədbir keçirilib

® “Baku Steel Company” Tacikistanın dövlət qurumu ilə Anlaşma Memorandumu imzalayıb

Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların nəzərinə

Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Suriyadan Azərbaycana qaytarılmış daha 8 vətəndaşımızla bağlı sosial reabilitasiya tədbirlərinə başlanılıb

“ASAN xidmət”in “StartapFest Naxçıvan” tədbirinə başlanılıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri İranın Ali Rəhbərinə başsağlığı verib

“Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının açılışı olub

Bakıda “Pyotr Fomenkonun emalatxanası” teatrının qastrolları olub

Qarabağ Universitetinə rektor təyin olunub

“Neftçi”nin baş məşqçisi: Qarşımızda Çempionlar Liqası kimi çox ağır missiya var

“Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği”nin təsdiq edilməsi və “Dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 may tarixli 75 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® Azerconnect Group COP29 çərçivəsində keçirilən Biznes Forumda iştirak edib

“Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin strukturu”nda dəyişiklik edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qarabağın rəngləri” layihəsinə təqdim edilmiş eskizlərin içərisindən 23 tələbənin əsəri seçilib

“Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi barədə
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® AYİB Azərbaycanda mikro, kiçik və orta sahibkarlığa dəstək üçün “AccessBank” ilə əməkdaşlığa başlayıb

Mərkəzi Bank yeni 1 qəpiklik metal pul nişanını tədavülə buraxıb

Gürcüstana 20 konteynerdən ibarət qatar yola salınıb VİDEO

Monteneqro müstəqilliyinin 18-ci ildönümünü qeyd edir

Bakıda güləş üzrə Avropa çempionatının açılış mərasimi keçirilib VİDEO

“Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin finalı keçirilib

Qeyri-sabit hava şəraiti mayın 24-dək davam edəcək

Culian Assanjın həyat yoldaşı ABŞ-a müraciət edib: Jurnalistikaya qarşı biabırçı hücumdan əl çəkin FOTOLAR VİDEO

Sabahdan Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi xalqımızın xeyriyyəçilik ənənəsinin təşviqidir

“İstehsal, ətraf mühit və bərpa olunan enerji” – seminar

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı bəlli olub

Ailə münaqişəsi zəminində 9 389 sayda hüquqazidd əməlin qarşısı alınıb

Mehmet Yüce: Türk dünyasının çox böyük və önəmli iqtisadi potensialı var

Monitorinq aparılmış bağçaların müdirləri üçün təlim keçirilib

® “Kapital Bank”ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olub

TÜRKSOY-un Baş katibi: “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının məqsədi gənclərə dəstək verməkdir

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Avropada bütün zamanların ən yaxşı futbolçuları açıqlanıb

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Gürcüstanın əsas xarici ticarət tərəfdaşları sırasında 5-cidir

“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Türk Dövlətləri Təşkilatının Baş katibi BDU-da

Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Qadınların əməyi qadağan olunan peşə və iş yeri azaldılıb

Əfqanıstanda avtobus qəzasında 5 nəfər ölüb, 11 nəfər yaralanıb

Türkiyədə peyklərin işlənib hazırlanması sahəsində ən yaxşı gənc mühəndis-tədqiqatçılar müəyyən olunacaq

Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ukraynanın Xarkov vilayətində yaşayan Azərbaycan vətəndaşlarına bu bölgədə yaranmış vəziyyətlə bağlı müraciət edilib

Ş.V.Bayramovun Qarabağ Universitetinin rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ş.V.Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Elm və təhsil naziri Dünya Təhsil Forumunda

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Neftçala Peşə Məktəbində “Açıq qapı” günü təşkil olunacaq