SİYASƏT
Cavid Vəliyev: Hazırda Türk Dövlətləri Təşkilatının önəmi artmaqdadır
Bakı, 20 may, AZƏRTAC
Qarabağ Zəfərindən sonra Türk dövlətləri daha da cəsarətləndi və əməkdaşlıq əlaqələrini müxtəlif sahələrdə inkişaf etdirdilər. Hazırda Türk Dövlətləri Təşkilatının önəmi artmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev mayın 20-də keçirilən “Azərbaycan-Türkiyə münasibətləri Türk Dövlətləri Təşkilatı çərçivəsində” adlı tədbirdə söyləyib.
Hərbi təhlükəsizlik baxımından da Türk dövlətlərinin əməkdaşlığının çox önəmli olduğunu vurğulayan Cavid Vəliyev deyib ki, həyata keçirilən layihələrin təhlükəsizliyini təmin etmək üçün güclü hərbi potensiala malik olmaq lazımdır.