İDMAN
Azərbaycan tennisçisi Ayxan Manaflı Bakıda keçirilən turnirdə qalib gəlmişdir
Bakı, 10 may (AZƏRTAC). Bakı Tennis Akademiyasında keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında tennis üzrə beynəlxalq turnirin 14 yaşlılar arasında qalibləri müəyyənləşmişdir.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz Ayxan Manaflı keçən il qazandığı titulu bu il də qorumuşdur. Qızların yarışında isə Məryəm Bolkvadze (Gürcüstan) qalib gəlmişdir.
A.Manaflı Bakı turnirinin ikinci raketkası qismində mübarizəyə qoşulmuşdur. Belə ki o, ilk raund mərhələsini buraxaraq, ikinci raundda Andrey Landqrafdan (Rusiya) üstün olmuşdur. Dörddəbir finalda tennisçimiz növbəti rusiyalı idmançı Nikita Valentsevi məğlub etmişdir. Tennisçimiz yarımfinalda Pavel Kotovu, final mərhələsində isə Lev Kazakovu (hər ikisi Rusiya) məğlub edərək turnirin qalibi olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2024 [16:32]
Avro-2024: Çexiya – Türkiyə oyununun hakimləri açıqlanıb
- 24.06.2024 [16:28]
“Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq
- 24.06.2024 [15:18]
Avro-2024: Kilian Mbappe Polşa ilə matçda oynaya bilər
- 24.06.2024 [14:12]
“Sabah” Xorvatiya millisinin sabiq futbolçusu ilə anlaşıb
- 24.06.2024 [13:37]
“Sabah” klubu üç basketbolçu ilə müqaviləni yeniləyib
- 24.06.2024 [13:08]
Azərbaycan idmançıları reytinq turnirində iştirak edəcəklər
- 24.06.2024 [13:03]
Avro-2024: Oyun vaxtı huşunu itirən futbolçunun son durumu açıqlanıb
- 24.06.2024 [12:19]