“Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq
Bakı, 24 iyun, AZƏRTAC
“Səbail”in 2024/2025-ci illər mövsümü üçün yay hazırlıq planı bəlli olub.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Şahin Diniyevin rəhbərliyi altında iyunun 27-də bir araya gələcək komanda iyulun 3-nə qədər məşqlərini Bakıda keçirəcək. “Dənizçilər” iyulun 5-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək.
Ərzurumda baş tutacaq təlim-məşq toplanışında komanda 3 yoxlama oyununa çıxacaq. “Səbail” iyulun 11-də I Liqa təmsilçisi “Ərzurumspor”la, 13-də isə Türkiyə Superliqasında çıxış edən “Hatayspor”la qarşılaşacaq. Sonuncu rəqib və oyunların başlama vaxtı bəlli deyil.
Komandanın Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]