İQTİSADİYYAT
Azərbaycan Türkiyə İş Adamları Birliyi ümumi yığıncağının növbəti iclası keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) ümumi yığıncağının növbəti iclası keçirilmişdir.
ATİB-dən AZƏRTAC-a bildirmişlər ki, təşkilatın ofisində keçirilən iclasda əvvəlcə Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə iştirakçılar tərəfindən iclasın sədri və katibləri seçilmiş, ATİB-in idarə heyətinin 2012-ci il üzrə fəaliyyət hesabatı təqdim edilmiş, illik hesabat yekdilliklə qəbul olunmuşdur.
İclasda 2012-ci il üzrə maliyyə hesabatları barədə komissiyanın rəyi təqdim edilmiş və təftiş komissiyasının rəyi qəbul olunmuşdur.
Daha sonra idarə heyətinə yeni üzvlərin seçilməsi məsələsinə baxılmış, ATİB-in 2013-cü il üçün büdcəsi təqdim olunmuş və sənədlər iclas iştirakçıları tərəfindən təsdiqlənmişdir.