İQTİSADİYYAT
Azərbaycan və Belarusun birgə poçt bloku dövriyyəyə buraxılmışdır
Bakı, 26 aprel (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti “Azərbaycan və Belarus birgə buraxılışı. Xalq rəqsləri” poçt blokunu dövriyyəyə buraxmışdır.
AZƏRTAC xəbər verir ki, layihə milli geyimlərin gözəlliyini və milli rəqslərin koloritini nümayiş etdirir. Markalar üzərində Azərbaycan və Belarusun qədim xalq rəqsləri “Tərəkəmə” və “Krıjaçok” təsvir olunmuşdur.
Poçt blokunun tirajı 15 min, hər markanın nominal dəyəri 50 qəpik təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:36]
® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]