İQTİSADİYYAT
Azərbaycan və Türkiyənin aviasiya qurumları hava əlaqəsi ilə bağlı məsələləri tənzimləyən protokol imzalayıblar
Bakı, 4 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Azərbaycanla Türkiyə arasında hava əlaqəsi ilə bağlı protokol imzalanıb.
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İstanbul şəhərində iki ölkənin aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqlar Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası ilə Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğu arasında əldə olunmuş razılığa əsasən təşkil edilib.
Dostluq şəraitində keçən görüşdə tərəflər hava nəqliyyatının fəaliyyəti ilə bağlı məsələləri və inkişaf perspektivlərini müzakirə ediblər. Danışıqların sonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hava əlaqəsi ilə bağlı məsələləri tənzimləyən və hər iki ölkənin təyin olunmuş aviasiya şirkətlərinin əməkdaşlığı üçün əlavə imkanlar yaradan protokol imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]