MƏDƏNİYYƏT
Azərbaycan “Womex” dünya musiqi festivalında
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan İspaniyanın Qalisiya vilayətinin Santiaqo de Kompostela şəhərində keçiriləcək XX “Womex” dünya musiqi festivalında təmsil olunacaq.
Oktyabrın 22-dən 26-dək davam edəcək bu tədbir dünya musiqi sənayesinin böyük musiqi ticarət yarmarkasıdır. Burada peşəkar musiqi sənətinin son nailiyyətləri nümayiş olunur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu il keçiriləcək “Womex” festivalında nazirliyin təşkilatçılığı ilə Azərbaycan guşəsinin yaradılması, milli musiqi alətlərinin sərgilənməsi, müvafiq çap-reklam məhsullarının qonaqlara paylanması və oktyabrın 23-də Elçin Şirinovun rəhbərliyi ilə caz qrupunun konsert proqramı ilə çıxışı nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]