Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanda altı ay ərzində yol tikintisi ilə bağlı görülən işlər barədə məlumat verilib

Azərbaycanda altı ay ərzində yol tikintisi ilə bağlı görülən işlər barədə məlumat verilib

Bakı, 6 avqust, AZƏRTAC

2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə haqq mübarizəsinə qalxdı, mübariz Ordumuz tərəfindən 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bunun nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları birgə Bəyanatın 9-cu bəndinə əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, o cümlədən tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanı birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi bəyan edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri avqustun 6-da 2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının (AAYDA) İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov deyib.

Baş idarə rəisinin müavini qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il 13 mart tarixli Sərəncam ilə təsdiq edilmiş, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsündə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına 8, bu Sərəncama edilmiş 2021-ci il 29 aprel tarixli dəyişiklik barədə Sərəncama əsasən 3 avtomobil yolunun layihələndirilməsinə və tikintisi işlərinə artıq başlanılıb: “Bunlardan ən qürurvericisi, Azərbaycanın Mədəniyyət Mərkəzi elan edilmiş Şuşa şəhərini işğaldan azad edərkən rəşadətli Ordumuzun istifadə etdiyi Zəfər yolunun tikintisi layihəsidir. Bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Layihəyə görə uzunluğu 101,9 kilometr olan yolun 2 hərəkət zolaqlı olmaqla 2021-ci ilin sentyabr ayının sonunda istifadəyə verilməsi nəzərdə tutulur. Şuşa şəhərinə 2-ci avtomobil yolu, I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci kilometrindən başlayır, 4-6 hərəkət zolaqlı olmaqla uzunluğu 81,6 kilometr təşkil edəcək. Yol üzərində körpü və tunellər tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və Zəfər yolu ilə müqayisədə 20,3 kilometr qısa olacaq. Avtomobil yolunun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. Hazırda Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən “Zəngəzur” nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd hissəsinin (uzunluğu 123,8 kilometr, 4-6 hərəkət zolaqlı) layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır. Avtomobil yolunun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

H.Rüstəmov bildirib ki, müharibənin ilk günlərində, oktyabr ayının 3-də Tərtər rayonunun Çaylı, Suqovuşan və Talış kəndləri, eləcə də Suqovuşan su anbarı işğaldan azad edilən ərazilərimizdən idi. Çaylı-Suqovuşan-Talış avtomobil yolu da 70-ci illərdə tikilmiş yollardır. Belə ki, 1976-cı ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə Tərtər və Xanarx çaylarının birləşdiyi yerdə tikilmiş Suqovuşan su anbarından Tərtər, Goranboy, Yevlax, Ağdam, Ağcabədi və digər rayonlara suyun verilməsi təmin olunmuşdu. 30 il ərzində işğal altında qalmış bu yollar da tamamilə sıradan çıxmışdır.

Müharibənin davam etməsinə baxmayaraq, dövlətimizin başçısının tapşırığına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən 28 kilometr uzunluğa malik Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun təmir-bərpa işləri ərazi minadan təmizləndikdən sonra çox qısa müddətdə - 2 ay ərzində II texniki dərəcəyə uyğun yenidən qurularaq istismara verilib.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası” Sərəncamına uyğun olaraq Şuşa şəhərinə 2 avtomobil yolunun Zəfər yolu (uzunluğu 101,9 kilometr 2 hərəkət zolaqlı) və I texniki dərəcəli magistral avtomobil yolu (uzunluğu 81,6 kilometr 4 hərəkət zolaqlı), Toğana-Kəlbəcər-İstisu (uzunluğu 83 kilometr, 4 hərəkət zolaqlı), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123,8 kilometr, 4-6 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın (70 kilometr, 4 hərəkət zolaqlı), Kəlbəcər-Laçın (73 kilometr, 2 hərəkət zolaqlı), Füzuli-Hadrut (13 kilometr, 4 hərəkət zolaqlı), Bərdə-Ağdam (45 kilometr, 4 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayıl-Hadrut (43 kilometr, 4 hərəkət zolaqlı), Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (23 kilometr, 2 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası ( 22 kilometr, 2 hərəkət zolaqlı) avtomobil yollarının tikintisi nəzərdə tutulub və bu işlər uğurla davam etdirilir.

Nəzərə çatdırılıb ki, Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “55 № li Yol İstismarı” MMC tərəfindən Göygöl rayonundakı Toğanalı kəndindən, Murov dağındakı Ömər aşırımdan keçməklə Kəlbəcər rayonuna gedən yola xidmət göstərmək üçün Kəlbəcərin Çəpli kəndində xüsusi mexanikləşdirilmiş yol sahəsi təşkil edilərək, onun maddi-texniki bazası yeni maşın-mexanizmlər hesabına möhkəmləndirilib.

Sözügedən müəssisə tərəfindən Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolunda aparılan lazımi təmir işləri nəticəsində müdafiə, sərhəd və digər qoşun növlərinin hərbi nəqliyyat vasitələrinin, habelə dinc əhalinin fasiləsiz hərəkəti təmin edilib.

2021-ci ilin yanvar ayının 7-də Alban-Udi xristian dini icmasının Milad bayramı ilə əlaqədar olaraq uzun illərdən sonra ilk dəfə Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırında ibadət etmələri üçün Kəlbəcər rayonundakı Xudavəng Monastır Kompleksinə və əksinə gedişi də, məhz bu yolla - Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolu ilə təmin edilib.

Həmin yolun II texniki dərəcəyə uyğun yenidən qurulması üçün layihə sənədləri hazırlanır və Murov dağının altından uzunluğu (11.7 x 2 ) 23,4 kilometr təşkil edəcək avtomobil tunelinin tikilməsi də nəzərdə tutulur. Bu, Toğanalı-Kəlbəcər avtomobil yolundan bütün il boyu fasiləsiz və təhlükəsiz istifadə edilməsinə imkan verəcək.

Digər obyektlərdə də layihələndirmə işləri ilə paralel olaraq, minadan təmizləməklə tikinti işləri davam etdirilir.

AAYDA rəsmisi məruzəsində agentlik tərəfindən paytaxt yolları ilə bağlı həyata keçirilən təmir, tikinti və yenidənqurma işləri barədə də geniş məlumat verib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2021-ci ilin 6 ayı ərzində 119,6 kilometr uzunluğunda, o cümlədən yerli əhəmiyyətli 55,5 kilometr, Bakı şəhəri üzrə isə 64,1 kilometr avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

Yanvar-iyun aylarında Bakı şəhərində Qala-Pirallahı avtomobil yolunun 3,6 kilometrində, uzunluğu 76,7 metr olan yerüstü piyada keçidinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib.

Prezident İlham Əliyev tərəfindən 2021-ci il 26 fevral tarixli Sərəncam ilə təsdiq edilmiş, 2021-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına 12 kəndlərarası avtomobil yolları layihəsinin, Şamaxı rayonunun daxili yollarının, Bakı şəhəri və onun 12 rayonunda qəsəbədaxili avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib.

H.Rüstəmov çıxışında, həmçinin bəzi statistik rəqəmlərə də müraciət edib.

Qeyd olunub ki, bu ilin 6 ayı ərzində Bakı şəhərində ümumi uzunluğu 64,1 kilometr olan şəhər və qəsəbə daxili avtomobil yolları yenidən qurulub və təmir olunub.

Yanvar-iyun aylarında Bakı şəhərinin yollarında 251,4 min kvadratmetr sahədə asfalt-beton örtükdə cari təmir işləri də yerinə yetirilib.

Azərbaycan Prezidenti tərəfindən 2021-ci il 26 fevral tarixli Sərəncam ilə 2021-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərcləri hesabına M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ( 92 kilometr, 4 hərəkət zolaqlı), M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 132-197 kilometr hissəsinin tikintisi ( 60 kilometr, 4 hərəkət zolaqlı) işləri davam etdirilib. Bundan əlavə Bakı şəhəri, Xətai rayonunda “Ağ şəhər“ layihəsi çərçivəsində yolların tikintisi və “8 noyabr” prospekti üzərində piyada körpüsünün tikintisi, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması (47,2 kilometr), piyada keçidlərinin tikintisi, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında uzunluğu 24,5 kilometr olan 1-ci texniki dərəcəli avtomobil yolunun tikintisi, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi, Susay-Xınalıq avtomobil yolunun tikintisi (34,8 kilometr), Abşeron rayonu ərazisində yerləşən palçıq vulkanları ətrafındakı müasir turizm infrastrukturuna aparan yeni avtomobil yolunun tikintisi (21 kilometr), Bakı şəhərinin Yasamal rayonundakı maşın bazarının yanından (Qanlı gölün qərb hissəsi – 1,3 kilometr) sosial evlərə qədər yeni avtomobil yolunun tikintisi, Vətən müharibəsi dövründə avtomobil yollarına və yol qurğularına dəymiş zərərin aradan qaldırılması işləri davam etdirilib.

Məruzəçi xarici kredit vəsaiti hesabına görülən işlərə də toxunub: “2021-ci ilin 6 ayı ərzində xarici kredit vəsaiti hesabına M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 kilometr, 4 hərəkət zolaqlı) və M-5 magistral avtomobil yolunun Yevlax-Şəki hissəsinin yenidən qurulması (58,12 kilometr, 2 hərəkət zolaqlı) layihələri üzrə işləri davam etdirilib. Layihələr Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı (AİB) ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Gəncə-Gürcüstan ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi işlərinin 2022-ci ildə başa çatdırılması nəzərdə tutulur.

“M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Yevlax-Şəki hissəsinin tikintisi” layihəsi üzrə yerinə yetirilmiş işlərin, həmçinin “R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi” layihəsi üzrə yerinə yetirilmiş işlərin həcmi başa çatıb. AİB-lə bağlanmış kredit sazişi çərçivəsində Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61,68 kilometr uzunluğunda 10 kənd yolunun yenidənqurulması işləri həyata keçirilib, 18,94 kilometr uzunluğunda Yevlax və Şəki rayonlarında nəzərdə tutulmuş kənd yolları başa çatdırılıb, 42,74 kilometr uzunluğunda digər yollarda yenidənqurma işlərinin icrası 85 faiz təşkil edib”.

Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlərdən söz açan Baş İdarə rəisinin müavini qeyd edib ki, cari ilin 6 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 462 yol nişanları, 6927 siqnal dirəkləri, 1176 poqonmetr əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 500,7 min kvadratmetr həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib: “2021-ci ilin 6 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 321 yol-nəqliyyat hadisəsi baş verib. Bunun nəticəsində 4023 poqonmetr əyrixətli tirlər, 56 poqonmetr beton bardür, 118 poqonmetr mühafizə çəpərləri, 17 işıq dirəyi, 9 ədəd yol nişanı, 3 ədəd məlumat lövhəsi, 2 ədəd dayanacaq, 18 ədəd səsboğucu lövhə, 164 kvadratmetr alkapon üzlük və 21metr körpü məhəccəri yararsız hala düşüb. Ümumilikdə, yol təsərrüfatına 379 min manat məbləğində maddi ziyan dəyib, bundan 255,3 min manatı (67,4 faiz) ödənilib. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 280 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunub, 38 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilib”.

Bildirilib ki, agentliyin Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən 1600 kilometr magistral avtomobil yolunun, 1824 kilometr respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə isə 3424 kilometr avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərilir.

Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1milyon 585 min 468 ədəd, o cümlədən 1milyon 317 min 806 ədəd çoxillik ağac mövcuddur.

Məlumata əsasən, avtomobil yollarının təhkim zolağında 2019-2020-ci illərdə 193 min 886 ədəd, 2021-ci ilin I yarımilliyində isə 72 min ədəd, ümumilikdə 443,2 hektar ərazidə 265 min 895 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

Brifinqdə əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə əməl olunması vəziyyəti haqqında da məlumat verilib.

Agentlik üzrə verilmiş əmrə əsasən, iş şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi üçün instrumental ölçmə işlərinin aparılması məqsədilə “Azəryolelmitədqiqatlayihə İnstitutu” MMC zəruri cihazların alınması və sertifikatlaşdırılması, mütəxəssislərin hazırlanması istiqamətində bir sıra işləri görüb və yaxın vaxtlarda iş yerlərinin attestasiyasının keçirilməsi prosesinə başlanılması mümkün olacaq.

Bu il ərzində agentlik üzrə istehsalatla bağlı bir nəfərin ölümü ilə nəticələnən bir bədbəxt hadisə qeydə alınıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması barədə “Qala Həyat” Sığorta Şirkəti ASC ilə müqavilə bağlanıb və müqavilə şərtlərinə əməl edilir. Yeni işə qəbul edilən və ya işdən çıxan işçilər barəsində “Qala Həyat” Sığorta Şirkəti ASC-yə vaxtında məlumat verilir.

Ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri ilə əlaqədar olaraq tabelikdə olan MMC-lərlə işlər aparılır, koronavirusla mübarizə qaydaları aidiyyəti üzrə vəzifəli şəxslərə izah edilir, virusla mübarizə qaydaları üzrə işçilərin təlimatlandırılması, eyni zamanda, tələb olunan bütün tədbirlərin görülməsi haqqında müvafiq tapşırıqlar və metodiki tövsiyələr verilir. MMC-lərdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tələblərə əməl edilir və zəruri tədbirlər görülür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz də praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH