İQTİSADİYYAT
Azərbaycanda daha 6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
![Azərbaycanda daha 6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq](/files/2022/1/1200x630/1648737778842621027_1200x630.jpg)
Bakı, 31 mart, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən mayın 4-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, Qaradağda yerləşən “Kotal” (7 hektar), “Güzdək” (2,87 hektar), “Karvansaray” (4,5 hektar), “Sahil” (3,1 hektar), Qəbələdə yerləşən “Dəmiraparançay” (2 hektar) və “Xırxatala” (6 hektar) faydalı qazıntı yataqları hərraca çıxarılacaq.
Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 2022-ci il aprelin 27-si saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər.
Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.
Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Hərrac elanı ilə Xidmətin rəsmi saytında (https://bit.ly/36IPOZd) və “Özəlləşdirmə portalı”nda (https://bit.ly/3JYaBGr) tanış olmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [20:32]
Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub
- 28.06.2024 [20:18]
® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi
- 28.06.2024 [19:31]
“Baku ID” innovasiya festivalına yekun vurulub
- 28.06.2024 [18:49]
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib
- 28.06.2024 [18:29]
Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib
- 28.06.2024 [18:11]
Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib
- 28.06.2024 [17:38]