CƏMİYYƏT
Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası göstəriciləri yüksəlib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bərpa-müalicə xidmətlərinin təkmilləşməsi, həmçinin tibbi-sosial ekspertiza xidmətinin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində aparılan işlər əlilliyi olan şəxslərin reabilitasiyası üzrə göstəricilərin yüksəlməsi ilə müşahidə olunur.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, cari ilin 9 ayı ərzində əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya göstəricisi 0,8 faizdən 2,6 faizə yüksəlib.
Hesabat dövründə təkrar olaraq əlillik müəyyən edilənlərin sayı 3707 nəfər, təkrar olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı isə 1 min 544 nəfər azalıb.
Nazirliyin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir ki, son 9 ayda həmin müəssisələrdə ümumilikdə 5 min 882 nəfər bərpa-müalicə xidməti ilə təmin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]