İQTİSADİYYAT
Azərbaycanda ilk dəfə olaraq sığorta hadisələrinin qeydiyyatı online rejimində aparılacaqdır
Bakı, 9 fevral (AZƏRTAC). Azərbaycanda ilk dəfə olaraq sığorta hadisələrinin qeydiyyatı online rejimində aparılacaqdır.
AXA MBASK sığorta şirkətinin mütəxəssislərinin hazırladıqları proqram təminatı ilə sığorta ödəmələri ilə bağlı məlumatı daxil etməkdən tutmuş hesabatın tərtibatınadək müştəri ilə aparılan işlərin bütün mərhələlərini online rejimdə həyata keçirmək mümkündür.
Sığorta şirkətindən AZƏRTAC-a bildirilmişdir ki, bu yenilik sığorta hadisəsinin qeydiyyatı, sığorta hadisəsi haqqında məlumatın daxil edilməsi, sığorta hadisəsinin həllinə məsul şəxslərin təyini, müştərinin şirkətə gəlişinin hazırlanması kimi hərəkətləri tezləşdirib tənzimləməyə də imkan verir.
Bununla yanaşı, ölkənin bütün regionlarda fəaliyyət göstərən şirkətin qəza komissarları baş verən yol-nəqliyyat hadisəsi barədə sığorta şəhadətnaməsi tərtib edən sığorta agentini və bölgə rəhbərini avtomatik olaraq xəbərdar edirlər.