AZƏRBAYCANDA İLK DƏFƏ QLOBAL İSLAM MALİYYƏ SİSTEMİ ÜZRƏ USTAD DƏRSLƏRİ KEÇİLƏCƏKDİR
Bakı, 1 aprel (AZƏRTAC). GRBS® təşkilatı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Oksford İslam Maliyyə təşkilatının müştərək şirkəti və İslam Maliyyə Sistemi üzrə qlobal lider Dar Al İstismar ilə əməkdaşlıq çərçivəsində aprelin 27-29-da Azərbaycanda ilk dəfə qlobal islam maliyyə sistemi üzrə ustad dərsi keçəcəkdir.
Məqsəd İslam Maliyyə Sistemini idarə edən əsas qayda və amillər haqqında ətraflı təsəvvür yaratmaq, İslam Maliyyə Sistemində istifadə olunan müasir maliyyə alətlərini və bu alətlərlə bağlı xüsusi riskləri başa salmaq, İslam Maliyyə Bazarları ilə əməliyyatların strukturlaşdırılması haqqında məlumat verməkdir.
Dərslər ingilis dilində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından İslam Maliyyə Sistemi üzrə təcrübəli peşəkar mütəxəssis və İslam Maliyyə Sistemi üzrə elmlər doktoru Səid Faruk tərəfindən aparılacaqdır. Tədris prosesi zamanı materialların daha yaxşı mənimsənilməsi üçün peşəkar tərcüməçilər tərəfindən və xüsusi avadanlıqdan istifadə edilməklə Azərbaycan dilinə sinxron tərcümə xidməti təmin olunacaqdır.
Ətraflı məlumatı www.gr-bs.com internet saytından əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər
- 25.06.2024 [23:40]
Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb
- 25.06.2024 [23:06]
Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib
- 25.06.2024 [22:35]
Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb
- 25.06.2024 [22:02]
Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar
- 25.06.2024 [21:51]
SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
- 25.06.2024 [21:34]
Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
- 25.06.2024 [21:04]
Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi finala yüksəlib
- 25.06.2024 [20:29]
Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib VİDEO
- 25.06.2024 [20:25]
BMU və AQTİ arasında anlaşma memorandumu imzalanıb
- 25.06.2024 [19:48]
“Azərkosmos” Çexiya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
- 25.06.2024 [19:47]
® 700-dən çox gənc doğru yolu seçdi!
- 25.06.2024 [19:43]
Sabirabad Sənaye Məhəlləsində yeni rezident qeydiyyata alınıb
- 25.06.2024 [19:35]