İQTİSADİYYAT
“Azərbaycanda İnstitusional Quruculuq Proqramına Dəstək” layihəsi təqdim edilib
AZƏRTAC xəbər verir ki, tədbirdə müvafiq qurumların nümayəndələri ilə yanaşı, Avropa İttifaqına (Aİ) üzv dövlətlərin səfirliklərinin, qurumun Azərbaycandakı nümayəndəliyinin və ölkəmizdə fəaliyyət göstərən donor təşkilatların əməkdaşları iştirak ediblər.
Nazirliyin Avropa İttifaqı ilə əməkdaşlıq sektorunun müdiri Aynur Arazova Azərbaycanda Aİ-nin yardım alətlərinin həyata keçirilməsi sahəsində görülmüş işlər barədə məlumat verib. Qeyd edilib ki, SİBA layihəsinin icrasına bu il mayın 21-dən başlanılıb. Layihənin əsas məqsədi Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı üzrə öhdəliklərin yerinə yetirilməsi istiqamətində Aİ tərəfindən maliyyələşdirilən institusional quruculuq proqramları (Tvinninq, TAİEX, SİQMA, maliyyə yardımları) haqqında məlumatlandırmanın səmərəli təşkilində, layihələrin hazırlanması və həyata keçirilməsində Azərbaycan Hökumətinə dəstək verməkdir.
Tədbirdə Proqram İdarəetmə Qurumunun və SİBA layihəsinin ekspertləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri Tvinninq və TAİEX proqramları barədə təqdimatlarla çıxış ediblər.