İQTİSADİYYAT
Azərbaycanda onlayn rejimdə elektron sənədlərin imzalanması üçün proqram hazırlanmışdır
Bakı, 12 may (AZƏRTAC). Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) elektron sənədlərin onlayn imzalanması üçün proqram təqdim etmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, yeni texnologiyaların istifadəsi ilə mövcud “E-imzalayıcı” proqramı yenidən qurulacaqdır. Bu proqram məhsulunun köməyi ilə sənədlərin birbaşa olaraq veb üzərindən imzalanması, eyni zamanda, istənilən brauzerlərdə və əməliyyat sistemlərində istifadəsi, elektron sənəd mübadiləsi sistemlərində tətbiqi mümkün olacaqdır.
Proqramın hazırlanmasında əsas məqsəd elektron imzanın tətbiqi sahəsinin genişləndirilməsi, e-sənəd dövriyyəsinin sürətləndirilməsi, “E-hökumət” portalı vasitəsilə istifadəçilərə daha asan xidmətin göstərilməsidir.
Proqram Azərbaycan, rus və ingilis dillərindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:36]
® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]