İQTİSADİYYAT
Azərbaycanda qeyri-neft ixracı 39,4 faiz artıb
Bakı, 31 mart, AZƏRTAC
Yanvar-fevral aylarında Azərbaycanın ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci illə müqayisədə 130,6 milyon ABŞ dolları və ya 39,4 faiz artıb.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart sayına istinadla bildirir ki, bu ilin meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 milyon ABŞ dolları artaraq 92,3 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,4 faiz, pambıq lifi ixracı 38,3 faiz, pambıq ipliyi ixracı 35,2 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı isə 16,5 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [20:32]
Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub
- 28.06.2024 [20:18]
® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi
- 28.06.2024 [19:31]
“Baku ID” innovasiya festivalına yekun vurulub
- 28.06.2024 [18:49]
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib
- 28.06.2024 [18:29]
Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib
- 28.06.2024 [18:11]
Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib
- 28.06.2024 [17:38]