İQTİSADİYYAT
Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının qorunması ilə bağlı qanun layihəsi hazırlanır
Bakı, 26 may (AZƏRTAC). Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının qorunması, sahibkarlığın inkişafı üçün görülən tədbirlərin kompleks şəkildə hüquqi tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlanır.
Bu barədə İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov məlumat vermişdir.
Azərbaycan 2008-ci ildən Beynəlxalq Maliyyə Korporasiyası ilə sıx əməkdaşlıq edir. Əməkdaşlığın əsas məqsədi həyata keçirilən islahatların qabaqcıl, müasir dünya təcrübəsinə uyğunlaşdırılmasıdır.