İQTİSADİYYAT
Azərbaycanın bu il ən çox xam neft və neft məhsulları ixrac etdiyi ölkələr açıqlanıb
![Azərbaycanın bu il ən çox xam neft və neft məhsulları ixrac etdiyi ölkələr açıqlanıb](/files/2021/2/1200x630/1623851775164554312_1200x630.jpg)
Bakı, 16 iyun, AZƏRTAC
Yanvar-may aylarında Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 5 milyon 982,9 min ton, dəyəri isə 2 milyard 449,8 milyon ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Beş ayda ölkəmizdən Hindistana 346,1 milyon dollarlıq 845,5 min ton, İspaniyaya 338,9 milyon dollarlıq 865,9 min ton, İsrailə 276,3 milyon dollarlıq 615,9 min ton, Portuqaliyaya 193,4 milyon dollarlıq 451,1 min ton, Tunisə 178,7 milyon dollarlıq 406,5 min ton, Xorvatiyaya 177,1 milyon dollarlıq 444,8 min ton, Ukraynaya 173,2 milyon dollarlıq 480,8 min ton, Tailanda 134,1 milyon dollarlıq 277,1 min ton, Böyük Britaniyaya 124,6 milyon dollarlıq 270,5 min ton, Belarusa 118,8 milyon dollarlıq 270,6 min ton, Çinə 102,5 milyon dollarlıq 277,5 min ton, Türkiyəyə isə 97,7 milyon dollarlıq 235,1 min ton xam neft və xam neft məhsulları ixrac edilib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycandan ümumilikdə 11 milyon 921,1 min ton xam neft və xam neft məhsulları ixrac edilib, ixracın dəyəri 4 milyard 927,2 milyon dollar olub.