Bu il Azərbaycanda elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14 faizə yüksəlib
Bakı, 22 iyun, AZƏRTAC
Cari ilin ilk 5 ayı ərzində Azərbaycanda elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14 faizə yüksəlib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücü 1748,6 meqavatdır. Bu da ümumi elektrik enerjisi üzrə qoyuluş gücünün 20,86 faizini təşkil edir.
Qeyd edək ki, Dünya Bərpa Olunan Enerji Günü ilk dəfə 22 iyun 2019-cu il tarixində qeyd edilib. Bu günün keçirilməsində əsas məqsəd maarifləndirmə aparmaqla ənənəvi enerjidən ekoloji təmiz yaşıl enerjiyə keçidi təşviq etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]
Qızıl investisiya cəlbediciliyini qismən itirir
- 08.06.2026 [17:18]