Şəmkirdə polis narkotiklərin satışı ilə məşğul olan şəxsi saxlayıb
Bakı, 22 iyun, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı rayon sakini Samir Hüseynov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, S.Hüseynovun üzərindən və rayon ərazisindəki tikilidən 4 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.