Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın qaçqın və köçkünlər məsələsi vaxtında həll edilsəydi, Avropada yeni qaçqınlar ordusu da yaranmazdı

Strasburq, 27 yanvar, AZƏRTAC

Ukraynadakı böhranlı vəziyyət, davam edən döyüşlərin səbəb olduğu yeni itkilər, hər gün sayı artan qaçqın və köçkünlər problemi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci iş günündə ən qızğın müzakirə mövzusu idi. Britaniyalı deputat Cim Şeridanın hazırladığı “Ukraynalı qaçqın və köçkünlərin humanitar vəziyyəti” adlı məruzə ətrafında müzakirələrdə 60-a yaxın deputat çıxış edib.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da həmin müzakirələrə qatılıb. Azərbaycanlı deputat əsas diqqəti ölkəmizin qaçqın və köçkünlər məsələsinə yönəldib. O, Avropada və dünyada bu arzuolunmaz proseslərin sürətlənməsində Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatların xeyli dərəcədə günahkar olduğunu vurğulayıb, vaxtında tədbirlər görülməməsinin, Azərbaycan qaçqın və köçkünlərinin probleminin həllində qətiyyət nümayiş etdirilməməsinin Avropada yeni oxşar faciələrin meydana gəlməsinə zəmin yaratdığını nəzərə çatdırıb. Rafael Hüseynov deyib: “Bu sualların cavabları sadədir, onları hər kəs tapa bilər. Amma eyni zamanda bunlar çox ağrılı suallardır. Min, on min, əlli min, yüz min çoxdur, yoxsa 1 milyon? 3 ay, 5 ay, 1 il çoxdur, yoxsa 26 il, 22 il? Faciə yenicə baş verəndə daha dəhşətlidir, yaxud 20 ildən artıq müddət ərzində hər gün davam edəndə? Söz yox, bu gün Ukrayna qaçqınları və köçkünləri haqqında danışan insanların hər biri bu fəlakətin acısını hiss edir, nə şəkildəsə həmdərd olmağa, kömək göstərməyə çalışır. Lakin mənim qənaətimə görə heç kəs həmin dərdi azərbaycanlılar qədər duya və o dərdlərə azərbaycanlılar qədər həssaslıqla şərik çıxa bilməz. Səbəb sadədir: Biz 20-25 ildən çoxdur ki, bu dərdləri hər gün yaşayırıq, oxşar faciənin fəsadlarına hər gün şahid kəsilirik. İndiyədək Parlament Assambleyasında qaçqınlar problemi ilə əlaqədar dəfələrlə müzakirələr aparılıb, qətnamələr qəbul edilib. Nəticə nədir, hansı irəliləyişlərə nail olmuşuq? Əfsuslar olsun ki, təxminən heç nəyə. Aydın məsələdir ki, şərə qalib gəlmək həmişə çox çətindir. Bu gün biz Ukraynadakı humanitar fəlakətdən, miqdarı günbəgün sürətlə artan qaçqınlar ordusunun müdhiş vəziyyətindən bəhs edirik. Lakin elə bir dövrdə, Avropa və dünyanın elə bir çalxantılı zamanında yaşayırıq ki, sabah daha başqa bir üzv dövlətin, o biri gün isə digər Avropa Şurası ölkəsinin uğradığı eyni ağır problemdən söz aça bilərik. Oxşar hadisələrin başvermə ehtimalı təəssüf ki, realdır və səbəb də odur ki, ortada nümunə var. Arzuolunmaz presedent yaranırsa və onun qarşısının alınması üçün dərhal kəsərli tədbirlər görülmürsə, qətiyyətli addımlar atılmırsa, prosesin davamlı olması, zəncirvarı reaksiyaya çevrilməsi labüddür. Avropada qaçqın və məcburi köçkünlərin sayı 2001-ci ildə indikindən xeyli az idi. Həmin il işğalçı Ermənistan və onu dəstəkləyən güclər tərəfindən yaradılmış 1 milyon qaçqın və köçkünü olan dövlət kimi Azərbaycan Avropa Şurasına üzvlüyə qəbul edildi. O zaman bütün Azərbaycan əhalisi və həmin 1 milyon qaçqın və köçkün Avropa Şurası kimi nüfuzlu bir təşkilatın bu düyünün açılmasına yardım göstərməsini arzulayır və ümidlərinin gerçəkləşəcəyinə inanırdılar. Ümidi artıran o idi ki, həmin bəlanı yaratmış Ermənistan da artıq Avropa Şurasına üzv idi. Bu təşkilatın məsələnin müsbət həllinə bilavasitə ciddi təsir göstərmək üçün imkanları var idi. Lakin səbəbi anlaşılmayan yumşaq, bir az da laqeyd münasibət problemin həllinin bir ildən digər ilə və illərə adlamasına bais oldu. Çadır şəhərciklərində qaçqın və köçkünlərin övladları doğulmağa, dünyaya qaçqın və köçkün statusu ilə göz açan yeni bədbəxt nəsillər yaranmağa başladı. Tarixin amansız, bir az da qəddar qanunları var. Başqasının faciəsinə biganə qalanda mütləq cəzalanacaqsan. Həllinə imkanın olduğu halda biganəlik göstərdiyin faciə bumeranqa çevriləcək, katalizatora dönəcək, yeni bəlalar şəklində sənin üstünə qayıdacaq: dünən Moldovada, srağagün Gürcüstanda, o biri gün Ukraynada, başqa bir gün ayrı bir qonşu ölkədə, hansısa növbəti gündə sənin öz ölkəndə. Nə qədər kədərli olsa da, etiraf etməliyik ki, faciə davam edəcək, onun dairəsi vaxt ötdükcə genişlənəcək, heç təsəvvürə gəlməyən başqa ölkələri də əhatə edəcək. İstəməzdik belə olsun, amma hazır olun, hadisələrin inkişaf məntiqi ona doğru aparır”.

Rafael Hüseynov çıxışını bir azərbaycanlı Ermənistan qaçqınının Dağlıq Qarabağ münaqişəsinin həllində süstlük göstərən beynəlxalq təşkilatlara əsl ittiham kimi səslənən məktubu ilə tamamlayaraq deyib: “Mən sözümü seçicim olan, Azərbaycanın çox sərt iqlim şəraitinə malik, qışları həddən artıq soyuq, yayları dəhşətli dərəcədə qızmar keçən Hacıqabul rayonundakı bir düzənlikdə məskunlaşmış, Ermənistandakı tarixi torpaqlarından deportasiya edilərək son 26 ildə qaçqın həyatı yaşamağa məcbur qalan bir insanın məktubundan sətirlərlə tamamlayıram. Yazır ki, 25 ildir dünya birliyindən, mötəbər beynəlxalq təşkilatlardan, 15 ildir Avropa Şurasından kömək istəyirik, Ermənistanın təcavüz siyasətinə son qoyulmasından ötrü təsirli addımların atılmasını tələb edirik. Səsimiz eşidilmir. Anlaya bilmirik ki, 1 milyon insanın səsi zəifdir, ya o səsi eşitməli olanların eşitmək qabiliyyəti? Bu suala cavab verin ki, bundan sonra necə yaşayacağımızı bilək, sizə olan ümidlərimizi dəfn edib-etməməli olduğumuzu anlayaq. Hörmətli həmkarlar! Mən heç istəməzdim ki, illər sonra Ukraynadan və ya hansısa başqa üzv dövlətdən olan qaçqınlardan yenə bu məzmunda olan məktub alaq. Bu cür məktubların olacağına isə ehtimallar çox böyükdür”.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz də praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib VİDEO

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Dövlət Komissiyası: Cari il yanvarın 1-dək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib