İDMAN
Azərbaycanın “Qala” basketbol komandası dünya turunda bürünc medal qazanıb
Bakı, 27 avqust (AZƏRTAC). Basketbolun 3x3 növü üzrə Azərbaycan millisi əsasında təşkil olunan “Qala” klubu Kopenhagendə keçirilən dünya turunda iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Qala” qrup mərhələsində “Ulıbka” (Rusiya), “Team İreland” (İrlandiya) və “Magazin Streetball” (Rusiya) komandalarına qalib gələrək turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.
Pley-off mərhələsində basketbolçularımız meydan sahibi “Hoopz.dk” klubu üstələyərək yarımfinala yüksəliblər. Yarımfinalda “Qala” Serbiyanın “Ranch” konamdası ilə qarşılaşmış və rəqibə məğlub olan Azərbaycan təmsilçisi bürünc medalla kifayətlənib.
Xatırladaq ki, Sloveniyanın “Ljublijana” komandası finalda Serbiyanın “Ranch” kollektivini məğlub edərək 3x3 dünya turunun final mərhələsinə (Lozanna, İsveçrə) vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]
İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib
- 03.05.2024 [15:32]
Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
- 03.05.2024 [15:11]