Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın turizm potensialı: keçilmiş yollar, mövcud reallıqlar və perspektiv vəzifələr

Bakı, 7 fevral (AZƏRTAC). Dünyada turizm sosial-iqtisadi sahə kimi əsasən XIX əsrin ortalarından inkişaf etməyə başlamışdır. Bu dövrə qədər isə turizm fərdi gəzinti və səyahət xarakteri daşımışdır.

1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının yığıncağında “turizm” termini müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. BMT-nin 1963-cü ildə keçirilən Roma konfransında isə “turist” anlayışına konkret tərif verilməsinə cəhd göstərilmişdir.

Dünyada kütləvi turizmin ilk təşkilatçısı ingilis Tomas Kuk adlı şəxs hesab olunur. T.Kuk 1841-ci ildə Lankasterdən Dolnqboruqa qədər dəmir yolu ilə 570 nəfərin kütləvi gəzintisini təşkil etmişdir. Bu hadisə ilə Tomas Kuk müasir turizmin əsasını qoymuşdur.

1869-cu ildə Avropada Beynəlxalq Mehmanxana İşçiləri Assosiasiyası yaradılmışdır. Bu assosiasiya 1921-ci ildə Beynəlxalq Mehmanxana İttifaqı ilə birləşmişdir. Təbii ki, bu ənənə sürətlə inkişaf edərək bütün dünyaya yayılmışdır.

Azərbaycanda da həm qədim, həm də müasir dövrlərdə turizm daim maraq doğuran və diqqətdə saxlanılan sahə olmuşdur.

Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi bu ölkənin bütün tarixi dövrlərdə diqqət mərkəzində olmasına ən başlıca səbəbdir. İstər qədim, istərsə də orta əsrlərdə Asiyanın mərkəzi ərazilərindən başlayaraq uzaq Çin və Hindistandan Qara və Aralıq dənizlərinin sahillərinədək uzanan karvan yollarının bir çox hissəsi məhz Azərbaycan ərazisindən keçib gedirdi. Xüsusilə “Böyük İpək Yolu”nun gerçəkləşməsində Azərbaycanın coğrafi mövqeyi mühüm əhəmiyyət kəsb etmişdir.

Azərbaycanda turizmin inkişafını bir neçə mərhələyə bölmək olar. Birinci mərhələ qədim dövrlərdən başlamış orta əsrləri əhatə etməklə XIX əsrin əvvəllərinədək davam edir. Bu mərhələnin spesifik xüsusiyyətləri turizmin “səyahət”, “səyyahçılıq” anlayışı ilə əlaqəlidir. Qədim və orta əsrlərin məşhur səyyahları müxtəlif məqsədlər üçün Azərbaycana səyahəti başa vurub vətənlərinə qayıtdıqdan sonra bu ölkənin gəzməli, görməli, istirahət etməli yerləri, zəngin təbii, sağlamlıq üçün gərəkli olan resursları haqqında məlumat vermişlər.

İkinci mərhələ XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə -Cümhuriyyət dövrünə qədərki tarixi əhatə edir. Bu mərhələ Azərbaycanda turizmin, daha çox ekskursiya səviyyəsində təşkili üçün ilk özəl birliklərin, cəmiyyətlərin yaradılması ilə izah edilir. Mütəşəkkil turizmin ilk rüşeymləri, məhz bu mərhələdə meydana çıxmışdır. 1908-ci ildən etibarən Azərbaycanda müasir turizmin ənənələri özünü göstərməyə başlamışdır.

Üçüncü mərhələ 1920-1991-ci illəri əhatə edir. Bu mərhələdə Azərbaycanda turizm cəmiyyətin xüsusi bir fəaliyyət sahəsinə aid edilməklə, mütəşəkkil təşkilolunma mexanizmi halına gətirilmişdir. Həmin tarixi dövrdə Azərbaycan keçmiş SSRİ məkanında qabaqcıl turizm marşrutlarından biri kimi tanınırdı. 1922-ci ildə Bakıda ilk ekskursiya dərnəkləri fəaliyyətə başlamışdır. 1950-ci ilin sentyabrında Bakı Turist Bazası yaradılmış, bir müddət sonra isə həmin qurum Azərbaycan Turizm və Ekskursiyalar İdarəsinə çevrilmişdir. 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Xəzərin Azərbaycan sahillərində ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul edilmişdir.

Dördüncü mərhələ 1991-ci ildən bu günədək olan dövrü təşkil edir ki, onun spesifik xüsusiyyətləri, ilk növbədə, respublikada müstəqil və suveren dövlətçiliyin bərpası ilə bağlıdır. Yeni tarixi şərait Azərbaycanda turizmin beynəlxalq standartlar əsasında qurulmasına geniş imkanlar açmışdır. Ölkədə turizmin inkişafı məqsədi ilə əsas prioritetlər müəyyənləşdirilmişdir.

Son illərdə Azərbaycanın turizm potensialının dünya miqyasında tanınması məqsədi ilə bir sıra beynəlxalq turizm marşrutları yaradılmışdır. “İpək Yolu”, “Gəmiqaya mədəni-turizm marşrutu”, “Babaların tarixi zəfər və şəhadət yolu”, “Siemenslər Gədəbəydə” və digər beynəlxalq turizm marşrutlarının yaradılması xarici turistlərin ölkəmizə marağını artırmışdır. Nəticədə son yeddi ildə ölkəmizə gələn turistlərin sayı üç dəfə artmışdır.

Son illər respublikamızda turizm sahəsində dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, bu sahə ilə bağlı hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü işlər görülməkdədir. Ötən illər ərzində ölkəmizdə turizm sahəsində çoxsaylı beynəlxalq tədbirlər keçirilmişdir.

Turizmin inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi Azərbaycanda bu sahənin sürətli inkişafına öz töhfəsini verməkdədir. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın turizm sahəsi üzrə bəndlərinin tələbləri çərçivəsində sahibkarlığın inkişafı üçün müvafiq kreditlərin ayrılması, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində məqsədyönlü işlər görülmüşdür.

2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Turizm və rekreasiya zonalarının nümunəvi Əsasnaməsi” təsdiq edilmişdir. Sənəddə turizm, istirahət və rekreasiya üçün münbit şəraitin yaradılması; turizmin davamlı inkişafının və yerli sosial-iqtisadi layihələrdə turizm və rekreasiya zonalarının iştirakının təmin edilməsi vasitəsilə regionlarda sosial-iqtisadi inkişafa və milli mədəni irsin saxlanılmasına nail olunması; turizmin köməyi ilə tarix və mədəniyyət abidələrinin, nadir təbiət mənzərələrinin, spesifik turist xidməti obyektlərinin, milli-mədəni irsin qorunmasının və təbliğinin təmin edilməsi; ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanmasına şərait yaradan müxtəlif turizm növlərinin yaradılması və təbliği; turizm və rekreasiya zonalarının ərazisində rəqabət qabiliyyətli və əhalinin bütün təbəqələrinə turist xidməti göstərə bilən turizm bazarının yaradılması; daxili və xarici sərmayədarların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması və digər məqsədlər öz əksini tapmışdır.

Son illərdə ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması məqsədi ilə müxtəlif xarici ölkələrin turizm şirkətləri və kütləvi informasiya vasitələrindən ibarət nümayəndələr üçün infoturlar təşkil edilmişdir. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və müxtəlif KİV nümayəndələri üçün Quba, Zaqatala və Lerik rayonlarına infoturlar təşkil olunmuşdur.

Turistlərə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən turizm xidməti obyektlərində çalışan işçilər üçün mütəmadi olaraq bu sahədə kifayət qədər təcrübəsi olan müxtəlif xarici ölkələrdən dəvət olunan mütəxəssislər tərəfindən yemək-içmək servisi, mehmanxana idarəçiliyi və digər mövzularda tədris kurslarının təşkil edilməsi geniş vüsət almışdır.

Qeyd olunanlarla yanaşı, Bakı, Xaçmaz, Quba, Şamaxı, Şəki, Lənkəranda, eləcə də Dünya Bankının maliyyə vəsaiti hesabına Lahıcda turistlərə informasiyaların çatdırılması məqsədi ilə turizm informasiya mərkəzləri fəaliyyətə başlamışdır. Abşeron yarımadasında istirahət edən turistlərə turizm xidmətləri haqqında dolğun informasiya çatdırılması məqsədi ilə Zuğulba qəsəbəsində yerləşən Gənclik Beynəlxalq İstirahət Mərkəzində də mövsümü Turizm İnformasiya Mərkəzi fəaliyyətə başlamışdır.

Ölkə daxilində keçirilən tədbirlər çərçivəsində 2004-cü ildə InWent İxtisasartırma və İnkişafa dair Beynəlxalq Assosiasiyası tərəfindən Cənubi Qafqazda qorunan ərazilər və turizmin inkişafına həsr olunmuş “Regional inkişaf, konservasiya və sərhədyanı əməkdaşlığın təcrübəsi və perspektivləri” mövzusunda seminar keçirilmişdir.

Azərbaycanda ilk dəfə olaraq 2003-cü il sentyabrın 26-da Birinci turizm filmləri festivalı keçirilmişdir. Festivala turizm sahəsi ilə bağlı hazırlanmış 70-dən artıq iş təqdim olunmuşdur.

Azərbaycan dövlətinin turizm siyasətinin prioritet istiqamətlərindən biri də çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir. Bu istiqamətdə ölkəmizin müxtəlif dövlətlərlə, beynəlxalq təşkilatlarla əlaqələri son illərdə genişlənməkdədir.

Turizm sahəsində çoxtərəfli əməkdaşlıq üzrə ən mühüm təşkilatlardan biri olan Dünya Turizm Təşkilatı (DTT) ilə Azərbaycan arasında inkişaf etməkdə olan əlaqələr ölkəmizin turizm potensialının beynəlxalq səviyyədə tanınması baxımından olduqca əhəmiyyətlidir.

Azərbaycan Respublikası 2001-ci ilin sentyabrında DTT-ya üzv qəbul olunmuş, təşkilat tərəfindən təşkil edilən bir çox tədbirlərdə, o cümlədən baş assambleyalarda, Avropa üzrə Komissiyanın iclaslarında, tədris kurslarında və seminarlarda iştirak etmişdir.

Bundan əlavə, turizm məsələləri üzrə bir sıra tövsiyələr vermək və texniki yardımlar göstərmək məqsədi ilə 2002-ci ildə DTT tərəfindən Azərbaycana texniki missiya göndərilmişdir. Təşkilatın eksperti ölkəmizin turizm potensialını öyrənərək təhlil etmiş, müvafiq sahə ilə bağlı hesabat hazırlanmış və tövsiyələr verilmişdir.

DTT-nin xətti ilə 2003-cü və 2007-ci ilin aprel aylarında Bakıda şirkətlərin, mehmanxanaların, Mədəniyyət və Turizm Nazirliyinin rayon mədəniyyət və turizm şöbələrinin, universitetlərin nümayəndələrinin iştirakı ilə seminarlar keçirilmişdir.

İslam dünyası ilə mədəniyyət və turizm sahələrində çoxtərəfli əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir. Bu əməkdaşlıq həm İslam Konfransı Təşkilatı (İKT), həm də onun ixtisaslaşmış institutları olan İSESKO, İRCİCA, SESRTCİC, İslam Texnologiyalar Universiteti və digər təşkilatlar çərçivəsində həyata keçirilir. 2006-cı il sentyabrın 9-dan 12-dək ölkəmiz İKT üzv dövlətlərinin Turizm Nazirlərinin V Konfransına ev sahibliyi etmiş və 2006-2008-ci illərdə Turizm Nazirlərinin İslam Konfransında sədrlik etmə hüququ qazanmışdır. Konfransda “Turizmin inkişafı üzrə Qətnamə”, həmçinin “Bakı Bəyannaməsi” qəbul edilmişdir. Bundan əlavə, 2007-ci il iyunun 21-22-də Bakı şəhərində “İslam Konfransı Təşkilatına üzv olan ölkələrin iqtisadiyyatında turizmin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

Respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Nazirliyin sifarişi ilə son illərdə ölkəmizin turizm imkanlarını əks etdirən əlliyə yaxın reklam-çap məhsulları hazırlanmışdır. Bu məhsullar sırasında “Turistlər üçün məlumat kitabçası”nı, “Azərbaycan” açıqça dəstini, “Azərbaycanın otelləri”, “Azərbaycanın tarixi və arxitektura abidələri”, “Bakının teatr və muzeyləri” bukletlərini, “Azərbaycan” və “Bakı” fotoalbomlarını, “İpək Yolu”, “Xalçaçılıq” kitabçalarını, Azərbaycanın, o cümlədən Şuşanın və Qarabağın turist xəritələrini, “Azərbaycana xoş gəlmisiniz” CD diski və DVD formatda 10-20 dəqiqəlik filmləri qeyd etmək olar. Qeyd olunan nəşrlər, CD və DVD-lər Azərbaycan, ingilis, alman, ərəb, yapon, və rus dillərində hazırlanmışdır.

2002-ci ildən etibarən ildə altı dəfə “Azerbaijan Review” jurnalı rus və ingilis dillərində nəşr edilir. Ayda bir dəfə nəşr olunan “ATN” qəzetində respublikamızda turizm sahəsində görülən işlər haqqında məlumatlar verilir. Adları çəkilən reklam-çap məhsulları beynəlxalq turizm sərgilərində sərgi iştirakçılarına və ziyarətçilərə, respublikamızın xarici ölkələrdəki səfirlik və nümayəndəliklərinə çatdırılır. Respublikamızın turizm potensialını əks etdirən reklamlar xarici ölkələrdə nəşr edilən turizm xarakterli jurnallarda yerləşdirilir (“ABTA”, “Travel İQ”, “Faints and Projects”, “TTG Russia”, “Travel Unravelled”, “Где отдыхать”, “Oтдых в Pоссии” və “World Travel Guide”).

Azərbaycanın turizm potensialını dünyada tanıtmaq məqsədi ilə 2002-ci ildə www.azerbaijan.tourism.az saytı işlənib hazırlanmışdır. Qeyd olunan saytın adı beynəlxalq telekanallarda nümayiş olunan, Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxlarında, beynəlxalq turizm sərgilərinin rəsmi kataloqlarında, eləcə də digər rəsmi xarici mənbələrdə göstərilir. Sayt mütəmadi olaraq yenilənir.

İndiyədək həyata keçirilən tədbirlər, eyni zamanda, 2011-ci ilin “Turizm ili” elan olunması çərçivəsində görüləcək işlər əlverişli coğrafi mövqeyi, gözəl təbiəti və qədim mədəniyyəti ilə Azərbaycanın dünyada aparıcı turizm ölkələrindən biri kimi tanınması istiqamətində mühüm nəticələr verəcəkdir.

İlahə Quliyeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb