İDMAN
Azərbaycanın Ukraynadakı səfirliyində brifinq və Bakıda keçiriləcək birinci Avropa Oyunlarının videotəqdimatı olacaq
Kiyev, 6 may, AZƏRTAC
Mayın 12-də Azərbaycanın Ukraynadakı səfirliyində Ukraynanın və Kiyevdə akkreditə olunmuş xarici ölkələrin jurnalistləri üçün brifinq və Bakıda keçiriləcək birinci Avropa Oyunlarının videotəqdimatı olacaq. Bu barədə AZƏRTAC-a diplomatik nümayəndəliyimizin mətbuat xidmətindən məlumat verilib.
“Bakı-2015” Oyunlarının başlanmasına düz bir ay qalmış Azərbaycan səfiri Eynulla Mədətli, Ukrayna Gənclər və İdman Nazirliyinin və MOK-un yüksək vəzifəli nümayəndələri Bakıda keçiriləcək möhtəşəm yarışlar barədə media nümayəndələrinin suallarına cavab verəcək, Azərbaycanın paytaxtında keçiriləcək birinci Avropa Oyunlarının videotəqdimatına tamaşa edəcəklər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev