MƏDƏNİYYƏT
Azərbaycanlı rəssamın şəffaf ipək üzərində yaratdığı rəsm əsərləri İstanbulda nümayiş olunub
Bakı, 18 dekabr, AZƏRTAC
İstanbuldakı “Niş Art” qalereyasında rəssam Tünzalə Məmmədzadə və tələbələrinin “İpəkdə yaşayan izlər” adlı rəsm sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə Tünzalə Məmmədzadə və tələbələri Elmar Məmmədzadə, Mahizər İbadzadə və Fərid Salamlının şəffaf ipək üzərində yaratdıqları 50-yə yaxın əsəri nümayiş olunub.
Sərginin açılışında çıxış edən əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycanın İstanbuldakı konsulu Esmira Hüseynova, Yeditepe Universitetinin dosenti Teymur Rzayev, Türkiyədə yaşayan azərbaycanlı rəssamlar Ədalət Qarayev və Əbülfəz Fərəcoğlu T.Məmmədzadənin yaradıcılığının Azərbaycan rəssamlığında yeni yol olduğunu söyləyiblər.
Qeyd edək ki, T.Məmmədzadə dekorativ tətbiqi sənətlə təsviri sənəti sintez edərək, şəffaf ipək üzərində rəsm əsərləri yaradan ilk rəssamdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:39]
Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub
- 03.05.2024 [18:30]
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
- 03.05.2024 [18:08]
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
- 03.05.2024 [16:46]
Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub
- 03.05.2024 [14:22]
I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər
- 03.05.2024 [13:25]