İQTİSADİYYAT
“Azercell” Yeni il ərəfəsində “Onlar da hədiyyə gözləyirlər...” layihəsini reallaşdırır
Bakı, 14 dekabr (AZƏRTAC). “Azercell Telekom” MMC Yeni il ərəfəsində “Onlar da hədiyyə gözləyirlər...” layihəsini reallaşdırır. Dekabrın 19-dək davam edəcək layihə çərçivəsində şirkət ana və ata qayğısından məhrum olmuş 300 uşağı sevindirəcəkdir.
Şirkətdən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, əməkdaşlar uşaqların hər birindən istədiyi hədiyyəni öyrənmiş, onları “Park Bulvar” ticarət və istirahət mərkəzinin yan girişlərində bəzənmiş şam ağaclarının üzərindəki rəngarəng Yeni il oyuncaqlarının yanında yerləşdirmişlər. Bu günlər ərzində hər kəs şam ağaclarından asılmış hədiyyələri uşaqlara hədiyyə edə bilər.
Bu layihənin orijinallığı ondadır ki, istənilən şəxs kiçik bir fədakarlıq edib kimsəsiz körpələri sevindirə, onların da Yeni il sevincini yaşamasını təmin edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]