İQTİSADİYYAT
“Azəriqaz” İstehsalat Birliyi ilin sonuna qədər ölkənin bütün regionlarının qazla təmin olunması üçün qüvvələrini səfərbər etmişdir
Bakı, 31 avqust (AZƏRTAC). “Azəriqaz” İstehsalat Birliyində işçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə əsaslı tikinti və təmir işləri davam etdirilir və bununla eyni vaxtda bir sıra yeni obyektlər inşa olunur.
Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görülmüş işlər nəticəsində bir sıra rayonlarda qaz istismar sahələri hər cür şəraitə malik, müasir tipli yeni inzibati binalara köçürülmüş, mövcud binalar əsaslı təmir olunmuş, anbarlarda yanğından mühafizə sistemləri quraşdırılmış, yardımçı otaqlar, sanitariya qovşaqları və yeməkxanalar istifadəyə verilmişdir.
Payız-qış mövsümündə istehlakçıların fasiləsiz surətdə təbii qazla təchiz olunması, habelə mövcud qaz şəbəkəsinin etibarlığının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görən “Azəriqaz” ilin sonuna qədər ölkənin bütün regionlarının qazlaşdırılması ilə əlaqədar Prezident İlham Əliyevin Dövlət Neft Şirkəti qarşısında qoyduğu vəzifələrin yüksək keyfiyyətlə və vaxtında həyata keçirilməsi üçün qüvvələrini səfərbər etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]