İQTİSADİYYAT
“Azerspace-1” peyki ilk olaraq Azərbaycan kanallarının yayımını həyata keçirəcəkdir
Bakı, 27 fevral (AZƏRTAC). “Azerspace-1” peyki ilk olaraq Azərbaycan kanallarının yayımını həyata keçirəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan-Yaponiya peyk sənayesinin inkişafına dair keçirilən seminarda Əli Abbasov demişdir.
Ə.Abbasov qeyd etmişdir ki, peyk mart ayının ortalarından etibarən azərbaycanlı mütəxəssislərin istifadəsinə veriləcəkdir. Aprel ayının 1-dən Azərbaycan kanallarının peyk vasitəsilə yayımına başlanacaqdır.
Nazir bildirmişdir ki, may ayından etibarən isə əvvəlcədən bağlanmış müqavilələrə əsasən peyk kommersiya məqsədilə də istifadə olunacaqdır.