ELM VƏ TƏHSİL
AzMİU tələbələri informasiya texnologiyaları barədə məlumatlandırılıb
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə informasiya texnologiyaları üzrə mütəxəssis Elgün Məmmədli tərəfindən “Proqramlaşdırmaya giriş” mövzusunda seminar keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, təlimin əsas məqsədi tələbələrdə proqramlaşdırmaya dair ilkin təsəvvür yaratmaq, fundamental bilik formalaşdıraraq bu istiqamətlər üzrə düzgün seçim etməkdə onlara yol göstərmək olub.
Mütəxəssis tələbələrə proqramlaşdırmanın istiqamətlərindən, onların inkişaf dinamikasından, bu sahənin əhəmiyyətini göstərən bir sıra məqamlardan danışıb. O, proqramlaşdırma sahəsində karyera qurmaq istəyən tələbələrin potensialını üzə çıxarmaq, onların bu sahədə fərdi və peşəkar inkişaf yolları ilə bağlı tövsiyələr verib.
Sonda tələbələrin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:14]
Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib
- 03.05.2024 [19:11]
Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir
- 03.05.2024 [18:58]
Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
- 03.05.2024 [18:42]
AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub
- 03.05.2024 [18:35]