İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 23 aprel (AZƏRTAC). Birjanın elektron hərraclar sistemində (BEHS) aprelin 23-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,7860 AZN-ə bərabər idi.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD\AZN məzənnəsi 1 dollar üçün 0,7855 AZN-ə bərabər olmuşdur.
USD\AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7860 AZN təşkil olmuşdur.
Gündüz sessiyasında USD\AZN T+0 aləti üzrə 486 534 AZN-ə bərabər əqdlər qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi məbləği 1,576 min dollar 1 238 736 AZN olmuşdur.
USD/AZN T+1, T+2, SWAP_USD\AZN alətləri üzrə də əqdlər qeydə alınmamışdır.
AVR/AZN və RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
AVR/USD_TOD, AVR/USD_TOM alətləri üzrə sifarişlər verilmişdir. Həmin alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 11,88 faiz, ABŞ dolları üzrə isə 12,50 faiz olmuşdur.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında aprelin 23-də əqdlər qeydə alınmamışdır.