İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 31 may (AZƏRTAC). Mayın 31-də Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,7891 AZN olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 ABŞ dolları üçün 0,7891 AZN-ə bərabər idi.
USD/AZN T+0 aləti üzrə heç bir əqd qeydə alınmamışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınmış əqdlərin həcmi 752.298 AZN olmuşdur. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7891 AZN-ə bərabər idi.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, qeydə alınmış əqdlərin həcmi 953.000 ABŞ dolları, yaxud manat ekvivalenti ilə 752.298 AZN olmuşdur.
USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə əqdlər qeydə alınmamışdır.
Banklar BEHS sisteminə EUR/AZN və RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 11,92 faiz, ABŞ dolları ilə illik 12,07 faiz təşkil etmişdir.
Mayın 31-də birjada banklararası kredit alətləri üzrə heç bir əqd qeydə alınmamışdır.