İQTİSADİYYAT
BAKI-MƏŞHƏD AVTOBUS REYSLƏRİ AÇILACAQDIR
Bakı, 26 yanvar (AZƏRTAC). Bakıdan İranın Məşhəd şəhərinə müntəzəm birbaşa avtobus reyslərinin açılması planlaşdırılır.
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyindən bildirmişlər ki, məsələ ilə bağlı hər iki ölkənin müvafiq qurumlarının rəhbərlikləri səviyyəsində müzakirələr aparılmış və ilkin razılıq əldə olunmuşdur.
Hazırda avtobus reyslərinin təşkili, hərəkət cədvəli və digər texniki məsələləri müzakirə olunur. Bakıdan Məşhəd şəhərinə ilk avtobus reysinin 2009-cu ilin birinci yarısında həyata keçirilməsi planlaşdırılır.
Məşhəd şəhəri azərbaycanlı dindarların ziyarət etdiyi müqəddəs şəhərlərdəndir. Hər il Azərbaycandan minlərlə vətəndaş bu şəhərə səfər edir. Bu ziyarət səfərləri İran şirkətlərinin təşkil etdiyi müvəqqəti avtobus reysləri ilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]