CƏMİYYƏT
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcəkdir VİDEO
Bakı, 26 dekabr (AZƏRTAC). Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın 7-dək gücləndirilmiş iş rejimində işləyəcəkdir.
Stansiyanın baş həkimi Mürsəl Həmidov AZƏRTAC-a bildirmişdir ki, bayram günlərində təcili yardım stansiyalarına daxil olan çağırışların sayı artır. Bunu nəzərə alaraq, tibbi briqadaların sayı, dərman təchizatı artırılır və işə nəzarət gücləndirilir. Bununla da təcili yardım stansiyası müraciətləri vaxtında yerinə yetirməyə çalışır.
M.Həmidov demişdir ki, çağırışların sayının artmasının əsas səbəbi bayramla əlaqədar dekabrın 31-dən yanvarın 7-dək ambulator poliklinika müəssisələrinin fəaliyyət göstərməməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]