“BAKI-TBİLİSİ-QARS YENİ DƏMİRYOL XƏTTİ HAQQINDA”SAZİŞİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Bakı-Tbilisi-Qars yeni dəmiryol xətti haqqında” 2007-ci il fevralın 7-də Tbilisi şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 aprel 2007-ci il.