İQTİSADİYYAT
Bakıda ABŞ Federal Aviasiya Administrasiyasının Rusiya və MDB ölkələri üzrə böyük təmsilçisi ilə görüş keçirilmişdir
Bakı, 9 fevral (AZƏRTAC). Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasında (DMAA) Amerika Birləşmiş Ştatlarının Federal Aviasiya Administrasiyasının (FAA) Rusiya və MDB ölkələri üzrə böyük təmsilçisi İ.T.Nasr ilə görüş keçirilmişdir.
AZƏRTAC DMAA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə FAA-nın nümayəndəsi ABŞ-a uçuşlar yerinə yetirilməzdən əvvəl həyata keçirilən qiymətləndirmə sisteminin müəyyən aspektləri barədə məlumat vermişdir.
İ.T.Nasr Azərbaycan Respublikası mülki aviasiyasında uçuşların təhlükəsizliyinə dövlət nəzarətinin təftişi barədə sazişin imzalanmasının zəruriliyini xüsusi qeyd etmişdir.
DMAA-nın təmsilçiləri müvafiq sahədə mövcud vəziyyət və gələcək inkişaf planları barədə qonağa ətraflı məlumat vermişlər.