ELM VƏ TƏHSİL
BAKIDA ABŞ GÜNLƏRİ
Bakı, 3 aprel (AZƏRTAC). Bu gün Azərbaycan Dillər Universitetində “Gənclər klubu” ictimai birliyinin təşəbbüsü ilə keçirilmiş Azərbaycanda ABŞ günlərinin başa çatmasına həsr edilmiş tədbir olmuşdur.
Tədbirdə çıxış edən universitetin rektoru Səməd Seyidov Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında bütün sahələrdə münasibətlərin möhkəmlənməsini vurğulamışdır.
S.Seyidov demişdir: “Başa çatmaqda olan ABŞ günləri iki ölkə arasında əməkdaşlığın səviyyəsini artırır”. Natiq daha sonra vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ştatlarla qarşılıqlı faydalı əlaqələrin tənzimlənməsinə xüsusi diqqət yetirir.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu qeyd etmişdir ki, Azərbaycanda ABŞ günləri azərbaycanlıların bu ölkənin ənənələri, milli mətbəxi və mədəniyyəti barədə daha çox məlumat əldə etməsinə kömək etmişdir.
Donald Lu iki xalqın qarşılıqlı yaxınlaşması işinə verilmiş töhfəyə görə universitetin rəhbərliyinə və tədbirin təşkilatçılarına təşəkkür etmişdir.
######