Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakıda “BakuTel-2012” XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur

Bakı, 6 noyabr (AZƏRTAC). Noyabrın 6-da Bakı Sərgi Mərkəzində “BakuTel-2012” XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olmuşlar.

“BakuTel” sərgisi Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya texnologiyaları sahəsində ən böyük tədbirdir. Artıq 18-ci dəfədir baş tutan “BakuTel” sərgisi keçirildiyi illər ərzində telekommunikasiya bazarında mühüm hadisəyə çevrilmişdir. “BakuTel” sərgisinin beynəlxalq nüfuzu BMT, Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi, həmçinin Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunmuşdur.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlətimizin başçısının diqqətinə çatdırdı ki, “BakuTel-2012” sərgisində dünyanın 23 ölkəsindən 160 şirkət iştirak edir. Xarici iştirakçıların siyahısına Böyük Britaniya, Rusiya, Türkiyə, Çin, Koreya Respublikası, Malayziya, Litva, İran, Sloveniya, Ukrayna, Belarus və digər ölkələr daxildir. Kollektiv stendlərin fəal iştirakı artıq “BakuTel” sərgisinin ənənəsinə çevrilmişdir. Bu il sərgidə 8 kollektiv ekspozisiya iştirak edir. Onların arasında sərginin daimi iştirakçıları olan Avstriya, İsrail, Kanada, Fransa, Xorvatiya və Estoniyanın milli qrupları vardır. Milli qruplar Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, həmçinin təmsil olunmuş ölkələrin müvafiq profilli strukturlarının dəstəyi ilə təşkil edilmişdir. Bu stendlərdə ziyarətçilərin diqqətinə təkcə Azərbaycan üçün deyil, həm də bütövlükdə Xəzəryanı region üçün yenilik sayılan maraqlı proqramlar təqdim olunur və İKT üzrə məhsul və xidmətlərin təqdimat mərasimləri keçirilir. Sərginin iştirakçıları portativ mobil və analoq radiostansiyalar, smartfonlar, telefonlar, planşet kompyuterlər, telekommunikasiya sistemləri üçün müasir test və ölçü avadanlığı, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar da nümayiş etdirirlər.

Bildirildi ki, budəfəki sərginin ekspozisiyası telekommunikasiya və şəbəkələr, genişzolaqlı kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlığı, proqram təminatı və avtomatlaşdırma sistemləri, informasiya və ofis texnologiyaları kimi seqmentləri əhatə edir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə tanış oldu.

Vurğulandı ki, “BakuTel” sərgisində ilk dəfə əhaliyə göstərilən dövlət xidmətlərinin yeni keyfiyyətinin formalaşması, onların identikliyinin təmin olunması, habelə əlavə xərclərin və vaxt itkisinin azaldılması üçün nəzərdə tutulmuş “ASAN” mərkəzləri iştirak edir.

Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi isə öz yeni məhsulları ilə sərgiyə qatılmışdır. Buraya ağ işıq diodları, nanofosforlar və bionanotexnologiyalar daxildir.

Xarici ölkələrin pavilyonları ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bu il sərgidə ilk dəfə iştirak edən Sloveniya 8 şirkətlə təmsil olunur.

Prezident İlham Əliyevə bu şirkətlərin məhsulları və onların perspektivləri, o cümlədən Cənub-Şərqi Avropa üzrə “Elektron hökumət”in inkişafı mərkəzinin məqsədləri və layihələri barədə məlumat verildi.

“Bakutel-2012” beynəlxalq sərgisində Avstriyanın şirkətlər qrupu hava hərəkətinin idarə olunması, ictimai təhlükəsizlik və nəqliyyat sistemlərinin istehsalı ilə bağlı məhsullarını təqdim edirlər.

Dövlətimizin başçısına telekommunikasiya və genişzolaqlı internetin inkişafı layihəsi barədə məlumat verildi. Qeyd edildi ki, 2013-2015-ci illəri əhatə edən bu layihə gələcəkdə ölkə üzrə bütün yaşayış məntəqələrinin fiber-optik kabel şəbəkəsi ilə təmin olunmasını, əhali arasında elektron xidmətlərdən istifadənin genişləndirilməsini nəzərdə tutur.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Delta Telekom” MMC-nin fəaliyyətindən bəhs edən pavilyonda oldular.

Bildirildi ki, regionun ən iri telekommunikasiya operatorlarından olan “Delta Telekom” rabitə və telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə görə ən etibarlı infrastruktura malikdir. DWDM şəbəkə texnologiyalarında ən yeni nəsil olan ASON/GMPLS əsaslı infrastruktur üzərindən regionun tranzit tutumlarını daşıyan “Delta Telekom” dayanıqlı supermagistrala sahibdir. Qeyd edildi ki, regionun ən iri internet supermagistralı da “Delta Telekom”a məxsusdur.

Bu sərgidə Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkətinin də öz yenilikləri ilə tanış olmaq mümkündür. Şirkət sərgidə mobil telefonlar üçün İçərişəhər ərazisinə aid yeni bələdçi proqramını təqdim edir.

Dövlətimizin başçısı ölkəmizin milli peyk operatoru “Azərkosmos” ASC-nin pavilyonu ilə də yaxından tanış oldu.

Bildirildi ki, 2010-cu ildə yaradılan “Azərkosmos” tərəfindən həyata keçirilən birinci layihə “Azerspace” geostasionar əlaqə peykinin buraxılışı və idarə olunmasıdır. Peyk Avropanı, Orta Asiyanı, o cümlədən Afrikanı əhatə edəcəkdir.

Çinin ilk telekommunikasiya avadanlığı istehsalçılarından olan ZTE şirkəti xaricdə bazarlarını genişləndirməyi qarşısına məqsəd qoymuşdur. Hazırda 70 min əməkdaşından 10 mindən çoxunun 107 ölkədə fəaliyyət göstərdiyi şirkət dünyanın 500-dən artıq aparıcı mobil operatoru və kommersiya şirkəti ilə əməkdaşlıq qurmuşdur.

“Azerfon” MMC-nin pavilyonu ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, şirkət 2007-ci ildən fəaliyyət göstərir. “Narmobile” hazırda Azərbaycanın telekommunikasiya bazarının inkişafında mühüm rol oynayır və xidmət sektorunu daha da genişləndirir. İndi bu sıraya təyyarələrdə uçuş vaxtı mobil telefondan yararlanmaq və rabitə xidmətlərindən istifadə etmək imkanlarının yaradılması mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev sistemin ilk istifadəçisi kimi bu xidmət növünün imkanları ilə yaxından tanış oldu.

Sərgi çərçivəsində “Microsoft Windows 8” əməliyyat sistemi sınaqdan keçirilir, “Windows Server 2012” əməliyyat sisteminin üstünlükləri təqdim olunur. Nömrələrin daşınması sahəsində xidmətlər isə mobil rabitə operatorları üçün xüsusilə maraqlıdır. Ölkəmizdə istehsal olunan ilk “Nexus Azpad Android” planşet kompyuteri və Azərbaycan dilində ilk antivirus proqramı da maraqla qarşılanır.

“Azercell” şirkətinin pavilyonu ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, 1996-cı ildə yaradılan şirkət ölkənin mobil rabitə sektoruna bir sıra innovativ texnologiyaları və konsepsiyaları gətirməkdə davam edir. Prezident İlham Əliyevə şirkətin virtual kart, kommunal ödənişlərin həyata keçirilməsini və bəzi tibbi müayinələrin aparılmasını nəzərdə tutan yeni xidmətləri barədə məlumat verildi.

X X X

Sonra Prezident İlham Əliyev beynəlxalq jurnalist Bencamin Rahra müsahibə verdi.

- Sizi yenidən görmək çox xoşdur. Qarşıdakı illərdə yeni yataqların istismara verilməsi və daha çox kəmərlərin tikilməsi ilə Azərbaycan Avropanın mühüm enerji təchizatçısına çevriləcəkdir. Buna baxmayaraq, hökumət əsas diqqəti iqtisadiyyatın şaxələndirilməsinə yönəldib. “Azərbaycan - gələcək yüksək texnologiyalar mərkəzi” - Siz ölkənizi belə görürsünüz?

- Tamamilə doğrudur. Biz bunları planlaşdırırıq. Belə ki, bizim son illərdə əldə etdiyimiz uğurlar, iqtisadi yüksəliş göstərir ki, ölkəmizdə qeyri-energetika sektoru sürətlə inkişaf edir. Bu il enerji sektorunda bir qədər azalmaya baxmayaraq, qeyri-energetika sektorunun inkişaf göstəricisi 10 faizdən çox təşkil edib. Bu, bir daha onu göstərir ki, neft və qazdan əldə edilən gəlirlərdən iqtisadiyyatın şaxələndirilməsi üçün məqsədyönlü şəkildə istifadə olunması özünü doğruldur. Əlbəttə ki, informasiya-kommunikasiya texnologiyaları sahəsi bizim üçün prioritet sahələrdən biridir. Çünki bu sahə inkişaf, biznes, təhsil, şəffaflıq, gələcəyə aparan yol deməkdir. Mən çox məmnunam ki, hər il ölkəmizdə “BakuTel” sərgisi və eyni zamanda, bu gün Bakıda VII İnternet İdarəçilik Forumu keçirilir ki, bütün bunlar da Azərbaycanda bu sahədə görülmüş işləri əks etdirir.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsi böyük potensiala malikdir. Bizim bu sahəyə dəstək göstərilməsi ilə bağlı dövlət siyasətimiz vardır. Eyni zamanda, özəl sektor da bu sahədə çox fəal iştirak edir. Biz informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına görə bölgədə artıq aparıcı ölkəyə çevrilmişik və gələcəkdə də bu mövqeyimizi saxlamaq və İKT bazarında qlobal oyunçulardan birinə çevrilmək əzmindəyik.

- Azərbaycan mobil telefon istifadəçilərinin sayına görə ən yüksək göstəricilərdən birinə malikdir. Son 20 il ərzində internetin bütün dünyanı bir araya gətirməsi kibercinayətkarlıq, terrorizm, hakerlik risklərini artırır. Bəzi ekspertlər iddia edirlər ki, din, su və ərazi məsələlərindən sonra müharibələrə səbəb olacaq növbəti amil internet ola bilər. Azərbaycan internetdən fayda və təhlükələr arasında necə balans yarada bilər ki, əhalinin internetdən istifadəsində məhdudiyyətlər qoyulmasında ittiham olunmasın?

- Bilirsiniz, inkişafımızın hazırkı mərhələsində məqsədimiz internet istifadəçilərimizin dünya informasiyasını əldə etmək imkanlarını artırmaqdan ibarətdir. Azərbaycanda internetdən istifadə tam azaddır. Hazırda internet istifadəçilərinin sayı 65 faizdən çoxdur. İndi biz Azərbaycanın hər bir kəndinin belə genişzolaqlı internet xidməti ilə təmin edilməsi üçün yeni sistem yaradırıq. Buna görə də informasiyanın sərbəst əldə olunması bizim əsas məqsədimizdir. Hazırda kibertəhlükəsizlik, azadlıqlar, qanun və bu kimi məsələlərin tənzimlənməsi bizim gündəliyimizdədir. Bakıdakı İnternet Forumunun müzakirə mövzularından biri də məhz azadlıqlar - ifadə azadlığı, informasiya azadlığı, insanların şəxsi azadlıqları, eyni zamanda, təhlükəsizlik və hüquqi baza arasında balansı müəyyən etmək olacaqdır. Düşünürəm ki, bu Forumdakı müzakirələr bununla bağlı bəzi yeni ideyalar yaradacaq və əlbəttə ki, biz bu yeni ideyalardan faydalanacağıq. Həmçinin, biz dünyadakı aparıcı ölkələrin bununla bağlı təcrübəsini də öyrənəcəyik. Onlar bu problemlərin həllini necə görürlər, dünyanın aparıcı demokratik dövlətləri bu məsələləri necə həll edəcəklər? Bütün bunlar bizim üçün çox önəmlidir.

- Ölkənizin əldə etdiyi uğurlar, - bunu başqa sözlə, Xəzərdə Silikon Sahillərin yaradılması da adlandırmaq olar, - Qərb və xarici investorlara hansı imkanları təklif edir?

- Biz beynəlxalq sərmayədarlar üçün açığıq. Azərbaycanda çox yaxşı investisiya mühiti var və adambaşına düşən birbaşa xarici investisiyanın həcminə görə ölkəmiz keçmiş sovet məkanında ən yüksək yerdədir. Biz neft və qaz sektoru, İKT, infrastruktur, tikinti sahələrinə investisiya qoyuluşunda daha çox maraqlıyıq. Şahidi olduğunuz kimi, hazırda Bakıda turizm infrastrukturuna investisiyalar qoyuluşunda böyük canlanma vardır. Demək olar ki, hər ay yeni beşulduzlu otellər açılır. Biz xarici şirkətlərin ölkəmizdə turizm sahəsinə investisiya qoymalarını alqışlayırıq. Biz, eyni zamanda, xarici investisiyaların stimullaşdırılması üçün də işlər görürük. Bizim hökumətimiz dövlət büdcəsi hesabına İKT sektorunda çox mühüm investisiya layihələrini maliyyələşdirir. Məqsəd yalnız hüquqi-normativ baza yaratmaq deyil, eyni zamanda, özəl sektorun da bu infrastruktur layihələrində iştirakını təmin etməkdir. “BakuTel”də iştirak edən dünya şirkətlərinin sayının artması da Azərbaycan bazarının cəlbedici olmasının yaxşı göstəricisidir. Azərbaycan İKT-nin inkişafına görə artıq regionda lider dövlətə çevrilib və əlbəttə ki, bu mövqe gələcəkdə daha da güclənəcəkdir.

- Sizin qarşınıza qoyduğunuz məqsədlər nədən ibarətdir? Növbəti illərdə nə qədər investisiya cəlb etməyi nəzərdə tutursunuz?

- Bilirsiniz, rəqəmlərlə bağlı konkret nəsə demək çətindir. Bizim strateji yanaşmamız bundan ibarətdir ki, İKT sektoru neft və qaz sektorundan sonra biznes mühiti, gəlir əldə edilməsi baxımından ikinci sektor olmalıdır. Bilirsiniz ki, neft və qaz ehtiyatları tükənən sərvətdir. İKT sektoru isə sonsuz inkişaf potensialına malikdir. Ona görə də bu sahə qarşıdakı 20 ildə iqtisadiyyatımızın aparıcı, bəlkə də ən əsas sahələrindən biri ola bilər. Bu baxımdan biz bu sahəyə özəl fondlardan milyardlarla ABŞ dolları məbləğində investisiya cəlb olunacağına ümid edirik və dövlətimiz yerli şirkətlərlə birgə prosesdə iştirak edəcəkdir.

- Sizə uğurlar arzulayırıq. Minnətdaram.

- Təşəkkür edirəm.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aralıq dənizində 34 miqrantın cəsədi tapılıb

Dövlət Neft Fondu və Mətbuat Şurası jurnalistlər üçün birgə müsabiqə elan edib

Türkiyə millisinin baş məşqçisi: Portuqaliyalı futbolçuları topsuz qoymaqla onlara çətinlik yarada bilərik

Sabah hava necə olacaq?

Moskvanın ən yaxşı stomatoloq-cərrahlarının siyahısına azərbaycanlı başçılıq edib

Təkrar sertifikatlaşdırma prosesi ilə bağlı 1081 apellyasiya müraciəti olub

“Şerif”in sabiq baş məşqçisi: “Zirə” keyfiyyətli oyun nümayiş etdirir

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin Siyahısı iki dəfədən çox genişləndirilib

Burkina-Fasoda Fransanın “TV5 Monde” kanalının yayımı dayandırılıb

Paytaxtda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

“Euronews”: “Gamesummit 2024” Bakını oyun sənayesi xəritəsində yerləşdirib

Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Sankt-Peterburqda beynəlxalq forumda iştirak edib

Çin dünyada ilk termonüvə reaktorunu yaradıb

Azərbaycan millisinin hücumçusu: Fernandu Santuş yığmaya güclü oyun fəlsəfəsi gətirəcək

Azərbaycanda 20 uşaq himayədar ailələrə verilib

KXDR Cənubi Koreya ilə sərhəddə divar tikir

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Balkanlarda böyük elektrik enerjisi kəsintisi baş verib

Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Baş Prokurorluqda tədbir keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Göylərin qəhrəmanları ilə yerdə ünsiyyət: Vətən səması əmin əllərdədir FOTOLAR

“Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 500 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Hərbi İdarəetmə İnstitutunun xarici dil mərkəzində buraxılış mərasimi keçirilib

“Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qazaxıstanda V Ümumdünya Köçəri Oyunları UNESCO-nun himayəsi altında keçiriləcək

Bu gün paytaxt üzrə 3070 müəllim sertifikatlaşdırma prosesinə dəvət olunub

Xəzər dənizində zəlzələ olub

Avro-2024: Türkiyə və Portuqaliya yığmaları onuncu dəfə qarşılaşacaq

Şərurda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sel səbəbindən avtomobildə təhlükəli vəziyyətdə qalan 3 nəfər xilas edilib VİDEO

Alimlər məməlilərin beyninin təkamülündə yeni detalları üzə çıxarıb

Şamaxıda QHGT-nin milli bölmələrinin iştirakı ilə mədəniyyətlərarası mübadilə tədbiri keçirilib

Füzulidə 3 tondan artıq çətənə bitkisi yandırılıb

FHN: Ötən sutka ərzində 73 halda yanğına çıxış olub, 11 nəfər xilas edilib

DİN: Ötən gün 118, 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum olub

Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festivalı bədii hissə ilə davam edib

Bu il Azərbaycanda elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14 faizə yüksəlib

Fövqəladə Hallar Nazirliyi Gəncədə qanunsuz tikinti işlərinin qarşısını alıb VİDEO

AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb

Amerika Kuboku: Bu gecə daha iki oyun keçiriləcək

Abşeron rayonunda yol hərəkəti qaydalarını pozan 315 sürücü inzibati məsuliyyətə cəlb edilib

At heykəlləri: Türk irsinin daş artefaktları

Bölgələrdə arabir leysan yağır, şimşək çaxır

Hindistanda saxta spirtli içkidən zəhərlənən 55 nəfər ölüb

Azərbaycan avarçəkəni Avropa çempionu olub

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: İyunun 21-də 3 tüfəng təhvil götürülüb

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir – Faktiki hava

Avro-2024: Avstriya millisinin futbolçuları tarixə düşüblər

Avro-2024: Türkiyə Portuqaliyaya, Rumıniya Belçikaya qarşı

Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

DİN: İyunun 21-də ölkədə qeydə alınan 47 cinayətin üstü açılıb

Amerika Kuboku: Peru–Çili oyununda qapılara qol vurulmayıb

Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anım günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Unudulmaz sənətkar Bülbülün anadan olmasından 127 il ötür

Azərbaycan Prezidenti: Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir

Prezident İlham Əliyev: Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir

“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb VİDEO

MN: Kəlbəcərdə mövqelərimiz atəşə tutulub VİDEO

Bolnisidə gənclərə Azərbaycan - Türkiyə - Gürcüstan dostluğunun əhəmiyyəti barədə məlumat verilib

NİİM: Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi bərpa olunub YENİLƏNİB

Gilgilçay və Dəmiraparançaydan sel keçir

Şəmkirdə polis narkotiklərin satışı ilə məşğul olan şəxsi saxlayıb

Milli Hidrometeorologiya Xidməti: Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur

“Energy İnstitute”: Atmosferə karbon qazı emissiyasının buraxılması rekord həddə çatıb

Birləşmiş Ərəb Əmirliklərində iki mindən çox şahin quşu vəhşi təbiətə buraxılıb

Bu gün ingilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər

İqlim dəyişikliyi ilə bağlı veb proqram yaradılıb

Leyboristlər Partiyası Mühafizəkarlar Partiyasından 15 dəfə daha çox ianə toplayıb

Marneulidə gənclərə COP29-la bağlı məlumat verilib

Britaniyanın ən zəngin ailəsinin dörd üzvü həbs cəzası alıb

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Oğuzun kəndlərinə dolu düşüb

Avro 2024: Niderland - Fransa oyununda qapılara qol vurulmayıb

Azərbaycan “BRICS Sports Games Kazan 2024” beynəlxalq multiidman oyunlarında uğurlu çıxış edib

Milli Hidrometeorologiya Xidməti: Bakıda küləyin sürəti 19 m/s olub

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilir

Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib

Azərbaycanın iki üzgüçüsü “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Faktiki hava: İntensiv yağış yağıb, çaylardan sel keçib

Avro 2024: Avstriya yığması inamlı qələbə qazanıb

Millətlər Liqası: Türkiyə yığması mübarizəni dayandırıb

Balakəndə minik maşını TIR-la toqquşub, ölən var

Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının beşinci iclası keçirilib  YENİLƏNİB VİDEO

Mədəniyyət Nazirliyi: Filmlərlə bağlı senzuranın tətbiqindən söhbət gedə bilməz

Elm və təhsil naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

Böyük Britaniyanın dövlət borcu 63 ildə ən yüksək səviyyəyə çatıb

Azərbaycanın dəmiryolu sistemində yaşıl gələcək naminə səmərəli işlər görülür

Onaybek Abdilov: Oğuz mədəniyyətini, ənənələrini, ailə dəyərlərini qoruyub saxlamaq borcumuzdur

Parlamentin iclasında Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezidentə müraciət qəbul edilib YENİLƏNİB

Rəis müavini: Respublikada bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb

Avro-2024: Ukrayna millisi əzmkar qələbə qazanıb

Güclü külək səbəbindən Aqrar Sığorta Fonduna son bir həftədə 120-dən çox müraciət daxil olub

Eldar Quliyev: Türk xalqlarına məxsus dəyərlərin qorunması istiqamətində birgə işlərimizi davam etdirəcəyik

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvadan

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Ağsaqqallar Şurasında olub