İQTİSADİYYAT
Bakıda dizel yanacağının istehsalı artıb
Bakı, 3 aprel, AZƏRTAC
Yanvar-fevral aylarında paytaxtda dizel yanacağının istehsalı artıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, iki ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 461,1 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə sabit qiymətlərlə 0,2 faiz çoxalıb.
Neft məhsullarından avtomobil benzininin istehsalı 4,6 faiz, yanacaq mazutunun istehsalı 21,8 faiz azalıb. Ağ neftin istehsalı 16,7 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 43,6 faiz, dizel yanacağının istehsalı isə 3,4 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]