MƏDƏNİYYƏT
Bakıda fransalı rəssamın sərgisi və ustad dərsi keçiriləcək
Azərbaycanda Fransız İnstitutundan AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamın stereoskopik fotoşəkilləri və rəsmləri nümayiş olunacaq.
Sentyabrın 26-da isə Fernan Zako stereoskopiya texnikası mövzusunda ustad dərsi keçəcək.
Fernan Zako çoxşaxəli artist-rəssamdır. Karyerasına uşaq mətbuatı üçün rəssam kimi başlayıb. Sonralar gəncliyə həsr olunmuş televiziya verilişləri ilə də əməkdaşlıq edib. Cizgi filmlərinin yaradıcısı kimi də fəaliyyət göstərən Fernan Zako, sonradan böyüklər üçün mətbuatda və şirkətlərin jurnallarında çalışıb.
O, “rough” stili və rəsm arasında hazırlanmış bir neçə kitab nəşr edib. Stereoskopik fotoqrafiyaya olan həvəsi onu bu gün, müxtəlif layihələrdə inkişaf etdirdiyi bu texnika ətrafında işləməyə cəlb edir. Bu layihələrdən biri də, Paris Carnavalet Muzeyində “Paris 3D” sərgisidir.
Bakıda təşkil ediləcək sərgidə ziyarətçilər Parisi yeni baxışla kəşf edəcək və Fernan Zakonun bəzi əsərləri ilə də tanış olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]