İQTİSADİYYAT
Bakıda KOOMET Beynəlxalq Metrologiya Təşkilatı texniki komitəsinin iclası keçirilmişdir
Bakı, 21 oktyabr (AZƏRTAC). Bakıda KOOMET Beynəlxalq Metrologiya Təşkilatının Elektrik və Maqnetizm üzrə Texniki Komitəsinin iclası keçirilmişdir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) təşkilatçılığı ilə keçirilmiş iclasda KOOMET-ə üzv ölkələrin - Azərbaycan, Almaniya, Rusiya, Belarus, Moldova, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstanın metrologiya üzrə qurumlarının mütəxəssisləri iştirak etmişlər.
SMPDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda elektrik və maqnetizm kəmiyyəti vahidləri dövlət etalonlarının qarşılıqlı tanınma və tutuşdurulması məsələləri əsas müzakirə mövzusu olmuşdur.
KOOME-ə üzv ölkələrin metrologiya sahələrində qanunvericiliyin təkmilləşdirilməsini, akkreditə, fiziki kəmiyyət vahidləri və digər dövlət etalonlarının qarşılıqlı tanınması və tutuşdurulmasını və s. həyata keçirir.
SMPDK 2007-ci ildən KOOMET-in üzvüdür.